beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazla əlaqədar seçilmiş hədislər

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Sizdən birinizin qapısının önündən bir çay axsa və o da bu çayda hər gün beş dəfə yuyunsa, üzərində kirdən bir şey qalarmı?” deyə soruşdu. Ətrafındakılar; “Xeyr, heç bir kir qalmaz” dedilər. Rəsulullah (s.ə.s) da belə buyurdu: “Elə bu, beş vaxt namaza bir misaldır. Allah (cc) bu namaz səbəbiylə xətaları yox edər” (Səhihi-Buxari, Kitabu Məvakitis-Salat, c.İ, səh.134; Səhihi-Müslim, Kitabul Məsacid ? 283)

Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Bir kəs evində gözəlcə təmizlənir və sonra, Allahın fərzlərindən birini yerinə yetirmək məqsədilə Allahın evlərindən (məscidlərindən) birinə gedərsə, atdığı hər iki addımdan biri bir günahını silər, digəri də onu bir dərəcə (onun bir dərəcəsini) yüksəldər.” (Səhihul-Müslim, Kitabul-Məsacid, Hədis ?282)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : Kim, (namaz üçün) məscidə gedib gələrsə, hər gedib gəldiyində Allah Təala ona cənnətdəki qonaq yerini hazırlayar.” (Səhihi-Buxari, Kitabul-Əzan, c.İ, səh. 161)

• Ubadə ibn Samit (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Allah Azzə və Cəllə, beş vaxt namazı fərz qılmışdır. Kim gözəlcə dəstamaz alar, namazları vaxtında qılar, rüku və səcdəsini xüşu içində tamamlayarsa, Allahın, o kəsi bağışlayacağına dair bir əhdi vardır. Bunları etməyən kəs üçün isə Allahın hər hansı bir əhdi yoxdur. İstərsə o kəsi bağışlayar, istərsə əzab verər.” (Sünəni Əbi Davud, Kitabus-Salat, Hədis ? 425)

• İbn Cüreyc (r.a) rəvayət edilir: Mənə Əbu Zübeyir xəbər verdiki, o, Cabir ibn Abdullahın, belə dediyini eşitmişdir: Mən Rəsulullahdan (s.ə.s) belə buyurduğunu eşitdim: “İnsan ilə şirk və küfr arasında namazı tərk etmək vardır” (Səhihi-Müslim, Kitabul-İman, Hədis ? 2752, 2753)
• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim bizim qıldığımız namazı qılar, qibləmizə yönələr, kəsdiyimizi yeyərsə, O, Allahın və Rəsulullahın əhd və əmanını haqq edən müsəlmandır. Siz, o kəsin Allaha (və Rəsulullaha) qarşı əhd və əmanına xəyanət etməyin” (Səhihi-Buxari, Kitabus-Salat, c.İ, səh. 102)

• Muaz ibn Cəbəl (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər işin başı İslam, dirəyi namaz və zirvəsi də cihaddır.” (Sünəni-Tirmizi, Kitabul-İman, Hədis ? 2749).

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qulun, qiyamət günündə hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazı tam və doğru çıxarsa qurtulmuş və qazanmışdır. Əgər xətalı çıxarsa, ziyana uğrayacaqdır. Fərz namazlar düzgün, ancaq əksik olduğunda (qılmadıqları varsa) Əziz və Cəlil olan Allah buyurur ki: “(O qulumun) fərz namazlarını nafilələri ilə tamamlayın.” Sonra digər əməlləri də bu tərzlə hesaba çəkilir.” (Sünəni-Tirmizi, Kitabus-Salat, Hədis ? 409)

• İbn Ömərdən rəvayət olunduğuna görə: “Hz. Peyğəmbər (s.ə.s) namaza başlayarkən əllərini çiyinlərinin səviyyəsinə qaldırardı (təkbir alardı).” (Təcridi-Sarih Tərcüməsi, c. II, səh. 696)


Tarix: 26.04.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 501 Bölmə: Hedisler