beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Gözlərini itirən və buna səbr edib əvəzini Allahdan umanın savabı)

Ənəs ibn Məlik (r.a) demişdir: «Mən Peyğəmbərin (s.a.v) belə dediyini eşitmişəm: «Uca Allah buyurmuşdur: «Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəksəm, bunun əvəzində ona Cənnət bəxş edərəm». Allah «sevdiyi iki şeylə» deyəndə gözləri qəsd edirdi».
(əl-Buxari 75. Kitəbul-Mərda 7 (5653, 5221); «Ədəbul-Mufrad» 534.)

Əbu Uməmə (r.a) Peyğəmbərdən (s.a.v) rəvayət edir ki, Allah buyurdu: «Ey Adəm oğlu! Sənin iki əzizini (gözlərini) əlindən aldığım zaman ilk anda səbir edib əvəzini (Məndən) umsan, sənə mükafat olaraq Cənnətdən başqa bir şey verməyə razı olmaram».
(əl-Buxari «Ədəbul-Mufrad» 535. əl-Albani hədisin isnadını həsən adlandırmışdır.)


Tarix: 24.04.2013 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Hedisler