beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Səhih Qüdsi hədislər (Allahla qarşılaşmaq istəyənlə Allah qarşılaşmaq istəyər)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah buyurur: «Qulum Mənimlə qarşılaşmaq istəsə, Mən də onunla qarşılaşmaq istəyərəm. O Mənimlə qarşılaşmaq istəməsə, Mən də onunla qarşılaşmaq istəmərəm». (əl-Buxari 97. Kitəbut-Tövhid 35 (6950, 7065, 7504)
(Bu hədisdə deyilənlərin nə məna kəsb etməsi haqda başqa hədisdə belə deyilir: Ubadə ibn Samit (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Kim Allahla qarşılaşmaq istəsə, Allah da onunla qarşılaşmaq istəyər, kim də Allahla qarşılaşmaq istəməsə, Allah da onunla qarşılaşmaq istəməz». Aişə  (və ya zövcələrindən biri) demişdir: «Axı biz ölmək istəmirik?!» Peyğəmbər (s.a.v) buyurdu: «Söhbət bundan getmir. İş orasındadır ki, möminə ölüm yetişdiyi zaman ona müjdə verilir ki, Allah (ondan) razı qalmış və ona ehtiram göstərmişdir. Həmin an onun üçün qarşıda onu gözləyən (nemətdən) daha sevimli bir şey ola bilməz. Odur ki, o Allahla qarşılaşmaq istəyir, Allah da onunla qarşılaşmaq istəyir. O ki qaldı kafirə, (ölüm) onu haqladığı zaman ona müjdə verilir ki, Allah onu əzaba düçar edəcək və onu cəzalandıracaqdır. Həmin an onun üçün qarşıda onu gözləyən (bəladan) daha pis bir şey ola bilməz. Odur ki, o Allahla qarşılaşmaq istəmir. Allah da onunla qarşılaşmaq istəmir»).
(əl-Buxari 6026, 6142, 6507. )


Tarix: 24.04.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Hedisler