beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Yoxsul və Mühacirlərin Cənnətə Birinci Daxil Olması)

Abdullah ibn Amr ibn əl-As (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allahın yaratdıqlarından Cənnətə birinci kimin daxil olacağını bilirsinizmi?» Dedilər: «Allah və Elçisi daha yaxşı bilir!» O buyurdu: «Allahın yaratdıqlarından Cənnətə birinci daxil olan yoxsullar və bütün yolları bağlanmış biçarə hicrət edənlərdir. Onların düçar olduqları çətin vəziyyət insanları qorxuya salır, istəkləri ürəklərində qaldıqları halda ölür və məqsədlərinə çatmırlar. Uca Allah mələklərdən istədiyinə buyuracaq: «Onların yanına gedin və onları salamlayın!» Mələklər deyəcəklər: «Biz səmanın sakinləri və yaratdıqlarından Sənin seçdiklərinik. Sən bizə əmr edirsən ki, biz bunların yanına gəlib onlara salam verək?» Allah buyuracaq: «Onlar Mənə ibadət edib Mənə heç bir şeyi şərik qoşmayan və bütün yolları bağlanmış biçarə bəndələrdir. Onların düçar olduqları çətin vəziyyət insanları qorxuya salır, istəkləri ürəklərində qaldıqları halda ölür və məqsədlərinə çatmırlar». Bundan sonra mələklər onların yanına gəlib (Cənnətin) hər bir qapısından girərək (deyəcəklər): «Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!» (ər-Rad 24)».

(Əhməd 6282, 6570, 6727. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 3183) səhih olduğunu bildirmişdir.)

Abdullah ibn Amr ibn əl-As (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Cənnətə daxil olacaq birinci üç (qism insan) yoxsullar və muhacirlərdir. O kəslər ki, bəyənilməyən əməllərdən çəkindilər. Onlara əmr edildikdə qulaq asar və itaət edərdilər. Əgər onlardan bir kişinin hakimə ehtiyacı oldusa, (məsələ) onun lehinə həll edilməz. Hətta onun (ehtiyacı) ürəyində qaldığı halda ölər. Uca Allah Qiyamət günü Cənnəti çağıracaq, o da (Allahın hüzüruna) öz zinəti ilə gələcək. Allah buyuracaq: «Mənim yolumda döyüşən, öldürülən, əziyyətə məruz qalan və yolumda cihad edənlər hardadır? Cənnətə daxil olun!» Onlar da sorğu-sualsız Cənnətə girəcəklər. (Sonra) mələklər gəlib səcdə edir və deyirlər: «Ey Rəbbimiz! Biz bunlardan fərqli olaraq Səni gecə-gündüz həmd-səna ilə tərifləyir və Səni müqəddəs tuturuq, Sən isə onları bizdən üstün tutdun». Uca Allah buyuracaq: «Bu Mənim yolumda döyüşən və Mənim yolumda əziyyətə məruz qalan qullarımdır». (Bundan sonra) mələklər onların yanına (Cənnətin) hər bir qapısından girərək (deyəcəklər): «Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!» (ər-Rad 24)».

(Hakim 2393. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 1373) səhih olduğunu bildirmişdir.)


Tarix: 24.04.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Hedisler