beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq bezləri necə olmalıdır?

Körpəniz üçün adi bir bez istifadə etməməli olduğunu bilirsiniz əlbəttə. Bazarda onlarla bez növünün içində hansı körpəmə uyğun deyə düşünürsünüzsə, o zaman aşağıdakı yeddi meyyara diqqət etməniz lazımdır.
1. Qızmı, oğlanmı?
Körpənizin cinsiyyəti əhəmiyyətlidir. Çünki satılan bir çox körpə bezinin üstündə qız ya da oğlan üçün yazısını görəcəksiniz. Səbəbinə gəlincə: qız ya da oğlan körpənin cinsiyyət nahiyəsi fərqli olduğu üçün bez istehsalçıları, bezin bu hissəsinin əmiciliğini artırırlar. Beləcə körpənizin genital nahiyəsi quru qalır.
2. Gigiyenikdir?
Təmizlik əhəmiyyətlidir, çünki körpənizin bez nahiyəsi mikroblara qarşı açıqdır.Təmizliyindən əmin olmaq üçün paketli məhsulları əldə edin. Çünki belə bezlər daşınma və satın alınma zamanı çirklənməzlər. Açıqda satılan bezlərin təmizliyindən əsla əmin ola bilməzsiniz. İkinci əhəmiyyətli nöqtə, tanınmış, etibarlı markalardan istifadədir. Bu markalar, bezin təmizliyi mövzusunda həssasdırlar.

3. Çəkisinə görə bez seçək?
Bez seçərkən körpənizin ayı (neçə aylıq olması ) deyil, çəkisi əhəmiyyətlidir. Çəkisinin altında, ya da üstündə olması, bezin sızdırması və körpəni narahat etməsi deməkdir. Siz də bilirsiniz ki, hər körpə eyni ayda olsa belə eyni çəkidə olmaz. Doğum çəkiləri belə fərqlidir: kimi 2.500 qr doğular, kimi 4.000 qr. Buna görə körpənizin çəkisinə uyğun bezləri seçin. Marketlərdə yeni doğulandan başlayaraq körpənizin tualete öyrəşənədək çəkisinə görə (2-28 kilo arası) təxminən 6 ayrı bez növü olduğunu xatırladaq. Bez paketinin üstündə mütləq hansı çəkidə olan körpə üçün istifadə edilməli olduğu göstərilir.
4 . Mayeni əmmə gücü necə?
Bezin nəmi hopma gücü, körpənizin daha uzun müddət quru qalmasını təmin edəcəyi kimi, sizin də daha uzun müddətdən bir bez dəyişdirməniz deməkdir. Bu həm sağlam, həm iqtisadi bir seçimdir. Çünki körpənizdə “pişmə” meydana gəlməsinin qarşısını aldığı kimi eyni zamanda daha az bez istifadə edərək daha az pul xərcləmiş olacaqsınız. Əmmə gücünü anlamaq üçün ya fərqli markaları istifadə edərək müqayisə etməli , ya da digər anaların təcrübələrini nəzərə almalısınız.
5. Hava keçirirmi?
Bezin hava keçirməsi, dəri qıcıqlanmasını əngəlləyən ən önəmli faktorlardan biridir. Hava keçirməyən bez genital nahiyədə yaranan istilik və nəm səbəbi ilə qıcıqlanma meydana gətirdiyi kimi, körpənin dərisində problem yaradacaq zərərli bakteriyaların törəməsinə də zəmin yaradır.


6. Erqonik olmağı vacibdir?
Körpə bezinin də erqonomik xüsusiyyəti olarmı deməyin, olur! Körpənin çəkisinə və boyuna uyğun olaraq istehsal edilən bezlərdə həm körpə rahat olur, həm də sızma kimi kiçik problemlərin qarşısı alınmış olur. Bu qayda yan lentlər üçün də etibarlıdır. Erqonomik olmayan yan lentlər, bezin ya möhkəm, ya da zəif qalmasına gətirib çıxarır. Bundan başqa bantların (yan lentlərin) dərhal yararsız olmamasının vacib olduğunu da xatırladaq. Sınaq üçün bir neçə dəfə açıb-bağlasaz, keyfiyyətli bant (yan lent) yenidən yapışar. Keyfiyyətsiz bezlər isə yapışmır.
7. Sevimli fiqurlar var ?
Bu sualı ilk eşitdiyinizdə qəribə gələ bilər. Amma təcrübəli analar, sevimli fiqurların və rənglərin əhəmiyyətini bilərlər. Körpələrin əl və ayaq bacarıqları inkişaf etdiyində, bezlərini çıxarmaq üçün çalışdıqlarını görəcəksiniz. Bu vəziyyət, körpənin bezi xoşlamadığından deyil, çılpaq qalmağı çox sevdiyi üçündür. Bu müddətdə, bezin üstündəki sevimli fiqurların körpənizin bezi mənimsəməsini asanlaşdıracağını nəzərinizə çatdırırıq.


Tarix: 22.12.2012 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 626 Bölmə: Hamiləlik