beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağın iştahası yoxsa nə etməli?

Uşağın iştahası yoxsa nə etməli?

İştahası olmayan uşağı yedirtmək artıq bir çox anaların sanki qorxulu röyasına çevrilib. İştahasızlıq bir çox hallarda qanazlığı, qurd xəstəlikləri və bir sıra bağırsaq infeksiyası kimi xəstəliklərin bir simptomu ola bilər. Lakin iştahanın olmamasına səbəb hər hansısa bir xəstəlik deyilsə və sahə həkiminiz uşağın çəki-baş və boyun ölçüsünün yaşa uyğun olduğunu deyirsə bu o deməkdir ki,uşağınız özünə gərəkən miqdarda qida qəbul edir. Və əgər siz yenə uşağın iştahasızlığından şıkayət edirsinizsə o zaman mütəxəssislərin məsləhətlərindən faydalana bilərsiniz.

İlk olaraq uşağa əsla-"boşqabdakı yeməyin hamısını yeyəcəksən"-deməyin! Demək olar ki,hər ana uşağına gündə bir dəfə olsa belə bu cümləni deyir. Bəs heç düşündünüzmü boşqabdakı yeməyin miqdarı uşağınız üçün uyğundurmu? Yetkin insanlarda mədənin həcmi 1500 ml olursa əgər, yeni doğulmuş körpələrdə bu rəqəm 30 ml-ə bərabər olur və yeniyetmə dövrünə kimi ancaq 1000 ml-ə çatır. Buna görə də uşağınızın boşqabına ancaq yeyə biləcəyi qədər yemək qoymağa çalışın ilk olaraq.



Əlavə qidalanmaya tərəvəz ilə başlayın.

Əlavə qidalanma dövrü körpənizin daha sağlam qidalanma vərdişlərinə keçid dövrü hesab olunur. Buna görə də əlavə qidalanmaya keçərkən uşağınızın ilk tanış olacağı qidalar tərəvəz qrupundan olarsa əgər uşağın damaq dadı da buna uyğun olaraq formalaşacaqdır.



İcazə verin körpəlik dövründən uşaqlıq dövrünə keçsin.

Nə zaman nə yeyəcəyinə, nə geyinəcəyinə, nə ilə oynayacağına sizin qərar verəcəyiniz bir körpəniz yoxdur artıq. Qarşınızda öz qərarlarını özü verən, istəklərinin və sevmədiklərinin nə olduğunu çox gözəl anlayan və təbii ki, bunlara əsasən də yaşamaq istəyən bir "uşaq" var. Sərhədlərini sizin müəyyən etdiyiniz bu dünyada öz qanunları ilə yaşamaq istəyən bir uşaq... Bu vəziyyətdə isə qaşığı məcburi surətdə ağzına sala bilməməyiniz çox təbii haldır. Ona görə də əlinizdə qaşıq, çəngəl onun arxasınca qaçmaqdan vaz keçin və imkan verin öz ehtiyacı olan qədər qidanı özü qəbul etsin.Yeməyi qaydasına düşənə qədər ara yeməklərdən uzaq tutun.

Konfet, peçenye və ya hazır meyvə suları kimi qidaların qəbulu qan şəkərində ani dəyişikliklərə səbəb olaraq nahar öncəsi iştahanın bağlanmasına səbəb olur. Həm uşağınızın mədəsinin həcmini də nəzərə almağa çalışın. Kiçik həcmə malik olan bir mədənin bu cürə ara qıdalarla doldurulması nahar zamanı heç nə yeməməsi üçün yetərli səbədir. Buna görə də yemək arasında uşağa-"onsuz da yeməyini yeməyib, bunları olsa yesin, ac qalmasın"-məntiqi ilə əlavə lazımsız qıdalar verməyin.



Gündəlik rejiminizi müəyyə edin.

Adətən körpəliyindən yuxu saatları normal olan uşaqların qida rejimi də avtomatik olaraq qaydasına düşür. Gündəlik rejimizi normal qurmuş olsanız əgər uşağınızın da orqanizmi bu saatlara uyğun olaraq qidalanma rejiminə uyğunlaşacaqdır. Və nəticədə də uşağınız yemək saatlarında acımağa,yuxu saatlarında isə əsnəməyə başlayacaqdır.

Gecə qidalanmalarına son qoyun.

Təxmini olaraq 9 ayından sonra gecə yeməyinə olan ehtiyyac ortadan qalxır. Bu aylardan sonra körpənizə verəcəyiniz gecə yeməkləri onlarda qarın sancısı, orta qulağın iltihabı, diş çürüməsi və s. kimi problemlərə gətirib çıxara bilər. Üstəlik gecə boyunca qida qəbul edən uşağın mədəsi tox olduğu üçün də səhər yeməyinə istəysiz başlayacaqdır.



İspanaqdan əl çəkin.

Özünüz ispanağı ağzınıza belə qoymazkən uşağınızı onu yeməyə məcbur etməyin. Öz sevmədiyiniz qidaları uşağınıza verməyin,çünki uşaqlar dünyanı ata-analarının üzünə baxaraq dərk edirlər və sizin ağzınıza qoyduğunuzda ağzınızı büzüşdürdüyünüz qidalara inanın ki,onlar da ağız büzəcəkdirlər.



Süfrədən təcrid etməyin.

Hər uşağın hər nə qədər töküb dağıdaraq yesə belə sosial münasibətlərinin artması və süfrə mədəniyyətini öyrənməsi üçün ailə ilə birlikdə süfrə arxasında oturmağına haqqı vardır. Uşağınız ailənin birlikdə olduğu süfrədə oturmalıdır. Bunun əvəzinə isə yemək stulunda oturub qarşısında özünü yedirməyə çalışan anası ilə qarşılaşarsa əgər , o zaman yemək yeməyə təbii proses kimi baxmayacaqdır.



Küftələrə tərəvəz qatın.

Uşağınız tərəvəz yeməkdən imtina edirsə əgər, o zaman sevdiyi yeməklərinə, məsələn küftəyə və ya şorbalarına sürtgəcdən keçirilmiş tərəvəzləri əlavə edin. Kök və ya xiyar kimi tərəvəzləri isə çubuqlar şəklində hazırlasanız uşağınız onları daha maraqla yeyəcəkdir. Tərəvəzin belə təqdimatı onlara xoş olacaqdır. Bundan əlavə evdə özünüz də bol miqdarda tərəvəz qəbul etməklə ona nümunə ola bilərsiniz.Ət sevmirsə onu yeməyə məcbur etməyin.

Ət sevmirsə əgər yalançı dolma hazırlayaraq içərisinə müəyyən miqdarda qiymə əlavə edin. Əgər sadəcə qırmızı əti rədd edirsə toyuq, yaxud balıq ətindən faydalana bilərsiniz. Makaronun üzərinə qiyməli sous da əlavə etmək və ya çox tez-tez də olmamaq şərtilə qiyməli börek də yedirtmək bir alternativ ola bilər. Uşağınız ət yeməkdən qətiyyətlə imtina edirsə o zaman ətin əvəzinə zülalla zəngin digər qidalar-yumurta sarısı, qatıq, süd və ya pendir verməniz məsləhətdir.



Cəza və ya maddı mükafat verməyin.

Yemək yemək istəmirsə təkid etməyin. Lakin yeməyini öz istəyi ilə və iştaha ilə yemişsə əgər o zaman həftəlik yemək cədvəli tərtib edin və ora həvəslə yediyi hər nahar üçün bir gülən üz etiketi yapışdırın. Bu onu daha da həvəsə gətirəcəkdir.



Sizin uşağınızın iştahı varmı?


Tarix: 07.12.2012 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 765 Bölmə: Hamiləlik