beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağınız sizə qulaq asmır?

Ana və atalardan "Uşağım məni dinləmir" şikayətini çox eşidirik. "Günahkar axtarmaq yerinə nümunə olmağa çalışmaq, ailə içi ünsiyyəti daha yaxşı hala gətirməliyik" deyən Psixoloq Məsləhətçi Əsərə Atəş Axının, bu mövzuda ailələrə təklifləri var.Uşağa qışqıraraq söz dinlətməyə çalışmaq olmaz.

Ona əhəmiyyətli şeylər izah edərkən sizi diqqətə almamağı, başqa işlərlə məşğul olması sizi olduqca hirsləndirər. Bununla bağlı olaraq da böyüklərin səs tonları şiddətlənər. Uşağın diqqətini çəkmək üçün ana-ata yüksək səslə danışmağa başlar. Halbuki yüksək səsə qarşı uşaq özünü müdafiə etməyə çalışar, tamamilə dinləməməyə başlar və mühiti tərk edər. Bu bir böhran başlanğıcıdır.Nitq deməkuşağı sizdən uzaqlaşdırar.

Valdeynlər uşağa nə qədər laqeyd və hörmətsiz olduğunu xatırladırlar. Onun üçün edilən fədakarlıqlardan, həyatın çətinliklərindən bəhs edib dayanırlar. Nəticədə bu anlar uşağınızın sizdən uzaqlaşması, sizi bir yad olaraq görməsi üçün vacib amildir.

Ata-ana bir-birini günahlandırmağa başlar.

Bəzən də ata-ana uşağı günahlandırmaqdan imtina edər, bir-birlərini mühakimə etməyə başlar. Məhkəmə qurulmuşdur artıq. Günahın adı sabitdir; ana-ataya itaətsizlik. Amma müəyyən bir zaman sonra yoldaşlar bir-birini əzm etdirici olaraq günahlandırmağa başlar. "Sən üz verdin buna bu qədər" deyər ata. Ana da "İşdən gücdən bir az vaxt ayır, sən maraqlan uşağınla o zaman" deyər. Nəticə; qazanan yox!

Uşaqlar, ana-atalarının əksi olurlar.

Uşaqların həyatdakı ilk və ən əhəmiyyətli rəhbərləri ana-atalarıdır. Uşaqlar böyüklərin hərəkətlərini təqlid edərək həyatdakı bacarıqları öyrənirlər. Həyatdakı ən əhəmiyyətli bacarıqlardan biri də dinləmə bacarığıdır. Uşaqlar da bu bacarığı

ana-atasının onu dinlədiyi qədər əldə edirlər.5 həll təklifi

- Uşağınızı dinlərkən onun gözünün içinə baxın. Onunla danışarkən üz-üzə baxmanız, söylədiklərini diqqətə almağınız ən gözəl dəlildir. Beləliklə iki tərəfin də diqqəti başqa istiqamətlərə qaçmayacaq.

- O danışarkən sözünü kəsməyin. Danışığının bitməsini axıra kimi gözləyin. Sözünü kəsib, şərh etməyə qalxdığınızda uşağınız özünü heç də yaxşı hiss etməyəcək.

- O danışarkən, onu danışmağa cəsarətləndirmək üçün; "Hm, bəli, sonra…" kimi sadə qəbul mesajları verin. O danışdıqlarının sizə aydın olduğunu hiss edəcək.

- İzah etdiyi vəziyyəti kiçik hesab etməyin, lağlağaya salmayın. Bizim sadə gördüyümüz vəziyyətlər onlar üçün kifayət qədər kompleks və çətin ola bilər.- O danışarkən başqa bir işlə məşğul olmayın. Bu vəziyyət onu və izah etdiklərini diqqətə almağınızın bir göstəricisidir. Uşağınıza ayıracağınız 5-10 dəqiqə, ona bir çox bacarığı qazandırarkən aranızdakı əlaqəni də gücləndirəcək.


Tarix: 07.12.2012 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 657 Bölmə: Hamiləlik