beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Heyvanlar görmək

Yuxuda heyvanlar müxtəlif rolda oynaya bilərlər.Tarixin sübut etdiyi kimi, məhz heyvanlar haqqında yuxular yuxuların bötüvlükdə əhəmiyyətini sübut edib. Onlar problemlər və qarşılıqlı əlaqələrin mahiyyətini açıqlayırlar. Heyvanlar yuxuda bizlə danışa, bizə yardım göstərə bilərlər, hətta bizi təqib edə bilərlər. Heyvanlar yuxuda tez-tez fərdi həyat təcrübəsinin təsiri altında olurlar. Yuxunu yozmaq üçün hər hansı bir heyvanla real həyatda və yuxuda münasibətinizi müqayisə etməlisiniz. Bununla yanaşı yuxuda heyvanın hərəkətlərinə diqqət yetirin və onu öz stereotipinizlə müqayisə edin. İti misal gətirək. İt- sadiq dostun dəyişilməz rəmzidir.Lakin bir çox insanların beyninin dərinliklərində itlər qarşısında qeyri-müəyyən qorxu var. İtdən bərk qorxan insanlar bir gecə yuxularında həmin həqiqəti, növbəti gecə isə bunun əksini görə bilərlər. Yuxuyozmanın əsas cəhətlərindən biri də itlərin necə hərəkətindən asılıdır. Onlar yuxuda sizi təqib ediblər? Sizi yeyiblər? Yoxsa yuxuda itlərlə danışmısınız? Ev heyvanları – tez-tez yuxunuza girə bilər, lakin onlar müasir insana çoxda bağlı deyillər. Otlaqda ev heyvanları, bir qayda olaraq, maddi rifahı simvolizə edir.Bundan əvvəl belə heyvanları yuxuda görmək – çiçəklənmə və rifah əlaməti kimi yozulurdu. Yuxuda heyvanları öldürmək – nadir görülən hadisələrdəndir. Bu, iki səbəblə bağlı ola bilər: ehtiyac və adi istəklə. Heyvanı zəruriyyət baxımından,ehtiyac üzündən öldürmək – bu sağalma, yenidən dünyaya gəlmə haqqında yuxu ola bilər. Belə yuxular tez-tez başqalarına görə məsuliyyət hissini verir. Heyvanı səbəbsiz şəkildə öldürmək – sadəcə istəklərinizi həyata keçirmək arzusu ola bilər. Istəklərin həyata keçirilməsi bir çox hallarda öldürülən heyvanı necə dərk etməyinizlə bağlı olur. Bu heyvan sizə hansısa insanı xatırladır, yoxsa həmin heyvanı öz əhatə dairənizdən kimləsə müqayisə edirsiniz? Ac heyvan aqromədəni cəmiyyətlərə, məsələn Amerika hindularının cəmiyyətinə marağı əks etdirir.Yuxuda belə heyvanlar görmək həyəcan, təşviş və ya reallığın tələblərinə uyğunsuzluğa işarədir. Keçmişdə ac heyvanlar böyük aclıq və xəstəlik rəmzi sayılırdı. Ac heyvanlar həmçinin ətrafdakılarla fərdlərarası münasibətləri simvolizə edə bilər. Heyvan obrazları ilə bilavasitə bağlı bir neçə stereotip assosiasiyasının siyahısını tərtib edək. Bu simvollar adətən daha xarakterli, inadkar adamların qismində istifadə olunur: Pişik: sakit, müstəqil –adamayovuşmaz. İnək: dayə, xeyirxah,mülayim –qorxaq. İt: – sadiq, dost – təcavüzkar,dağıdıcı. At- zəhmətsevər, faydalı – müstəqil, tərs. Siçan: sakit,kiçik – qərarsız. Öküz: cəld, mehriban, məhsuldar –qorxaq.


Tarix: 01.01.2014 / 18:50 Müəllif: Ebulfez Baxılıb: 272 Bölmə: H hərfi