Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Hava görmək

Yuxuda havaya diqqət yetirmək uğurun azmüddətli olacağına işarədir. Bəxtinizin gətirdiyi anlar gözlənilmədən şübhələrə və acı kədərə çevrilə bilər. Yuxuda hava haqqında məlumatı oxuyursunuzsa, bu o deməkdir ki, uzun müddət fikirləşdikdən sonra yaşayış yerini dəyişə bilərsiniz. Bu köçmədən yalnız udacaqsınız. Yuxuda hava proqnozu verən şəxsi görmək evdə hüznlü hadisələr baş verəcəyinə işarədir.

Bu yuxu onu görənlərə yaxşı heç nə vəd etmir. Yuxuda qaynar hava ilə nəfəs aldığınızı görmüsünüzsə, bu o deməkdir ki, sizi zorla pisliyə cəlb etmək istəyəcəklər. Soyuq hava ilə nəfəs almaq işlərinizdə qarışıqlıq və evdəki münasibətlərinizdə çətinliklərə işarədir. Nəm, rütubətli havanı hiss etmək bədbəxt, xoşagəlməz hadisələrə, həyata və özünüzə inamı itirməyinizə işarədir.


Tarix: 01.01.2014 / 18:17 Müəllif: Ebulfez Baxılıb: 300 Bölmə: H hərfi
loading...