Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Hasar görmək

Yuxuda hasara qalxmaq mühüm bir işin uğurla başa çatacağına işarədir. Əgər hasardan yıxılmısınızsa, bu yuxu sizin öhdəsindən gələ bilməyəcəyiniz işə baş qoşacağınıza və uğursuzluğa düçar olacağınıza işarədir. Yuxuda dostlarınızla hasara dırmaşarkən o, qəflətən uçursa bu pis əlamətdir, yaxınlarınızdan birinin başına pis iş gələcəyinə işarədir. Əgər hasar qoyursunuzsa, bu yaxşı əlamətdir: sizə fəal işlər və firavanlıq gözlənilir.

Hasar – mənfi mənada təcrid və müsbət mənada müdafiə deməkdir.Yuxu haqqında daha dəqiq yozmanı hasarın kim və nədən qoruduğunu bilməklə əldə etmək olar. Belə yuxunun mənasını yalnız bu səddin nə– müsbət yoxsa mənfi emosiyalar vəd etdiyini müəyyən etməklə aça bilərsiniz. Yuxunuza girən adamla münasibətlərinizin sərhədi hara qədərdir? Ola bilsin ki, bu sərhədləri dəyişmək və qarşılıqlı münasibətləri yeni istiqamətdə inkişaf etdirmək istərdiniz? Yuxuda özünüzü hasarın yanında tənha görmək özünüzü daha etibarlı müdafiə etməyin vacibliyindən xəbər verir.


Tarix: 01.01.2014 / 18:17 Müəllif: Ebulfez Baxılıb: 872 Bölmə: H hərfi
loading...