beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Hamiləlik görmək

Yuxuda qadın özünü hamilə görürsə, bu o deməkdir ki, o, həyat yoldaşı ilə xoşbəxt olmayacaq, uşaqları isə görkəmsiz olacaq. Bakirə qız üçün belə yuxu rüsvayçılıq və bədbəxtlik deməkdir. Həqiqətən hamilə qadın yuxuda özünü bu halda görürsə, bu onun uğurla, sağ-salamat ana olacağına və tezliklə öz gücünü bərpa edəcəyinə proqnozdur.

Yuxunuza hamiləlik iki əsas yolla girir.Birinci – bu hamiləlik dövründə özünüz haqqında yuxulardır, ikinci – real hamiləliyiniz təkanverici hadisədir. İstənilən insan yuxuda hamilə ola bilər: belə imkan nə cinsi, nə də yaş problemləri ilə bağlıdır.Ümumilikdə danışsaq, hamiləlik yaradıcılıq,cinsi yetişkənlik ya da zənginlik rəmzidir. Lakin əlavə yozmalar, şərhlər tələb edən bir çox vəziyyətlər var.Əgər hamiləliyi arzulayan cavan qadınsınızsa və eyni zamanda hamilə ola bilmirsinizsə, belə yuxu özünütəhlilin yeni mərhələsinə keçid dövründə olduğunuza işarədir. Yuxuda kişi özünü hamilə görübsə, real həyatda tez-tez kişiliyi və uşaq dünyaya gətirmək bacarığı şübhə altına alınır. Belə şübhələr ən çox özünü bu sahədə zəif hesab edən, olmaq istədiyi səviyyədən aşağı olan kişilərə gəlir. Belə yuxu onların kişiliyinin yaradıcı tərəflərini vurğulayan kompensasiya rolunda çıxış edir.Hamilə kişilər yalnız uşaq doğmurlar, eləcə də onların bu həyatda missiyasına haqq qazandırırılar. Real həyatda hamiləlik faktı yuxularda bununla bağlı müxtəlif hadisələrə görülməsinə səbəb ola bilər. Bu təəccüblü deyil, belə ki, real həyatda hamiləlik hisslər spektrı mənbələrinə – həyəcandan eyforiyaya tutmuş bütün hisslərə xidmət edir. Hamiləlik dövründə gördüyünüz digər növ yuxular həyat yoldaşınızın etibarsızlığı, onun ölümü, sağlamlıqla bağlı xroniki xəstəliklər, bədbəxt hadisə nəticəsində hamiləliyin pozulması, qüsurlu uşaq doğulması, əkizlər, üçüzlər və.s, həmçinin qorunmaqdan asılı olmayaraq uşağa qalmaq hallarının çox olması hadisələrinə aid ola bilər.Həyat yoldaşınızın etibarsızlığı və ya ölümü haqqında yuxuları hamiləlik dövründə xarici görünüşünüzün və seksual münasibətlərdə xarakterinizin dəyişməsi ilə bağlı müdafiəsizlik hisslərinə cavab reaksiyası kimi görürsünüz. Yuxuda uşağın defektli doğulması və sağlamlıqla bağlı xroniki problemlər qadının hamiləlik dövründə keçirdiyi həyəcanlarla bağlı olur. Çoxlu doğuş halları və təkrar hamiləliklər haqqında yuxular daha mürəkkəbdir. Bəzən müəyyən mərhələdə hamiləlik qadını sıxır, qorxuya salır. Bu, ANA rolunun öhdəsindən gələ bilməmək qorxusu ilə bağlıdır.Çoxlu hamiləliklər bu qorxuların özünü əks etdirməsi ola bilər.


Tarix: 01.01.2014 / 18:16 Müəllif: Ebulfez Baxılıb: 343 Bölmə: H hərfi