beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlarla əlaqələr

Şirvanşahlar Elxani hökmdarlarının bütün səfərlərində qeyri-nizami qoşun dəstələri ilə iştirak etməli və öz süzereni qarşısındakı bütün təəhhüdlərini yerinə yetirməli idi. Məsələn, Şirvanşah II Axsitan ibn III Fəribürz h.653 (1256)-cü ildə Rum, İraq, Xorasan, Azərbaycan, Arran, Şirvan və Gürcüstan feodal hakimləri kimi, malikləri, sədrləri və əyanları ilə birlikdə "layiqli hədiyyələrlə" ismaililərə qarşı səfərə çıxmış Hülakü xanın yolüstü qərərgahına gəlmişdi. [17] [18] [19] [20]

I Axsitan h.658 (1260)-ci ildə Hülakü xanın əmri ilə öldürülmüşdür. Ərəb müəllifi ibn əl-Füvatanın məlumatına görə "Əla əd-Din Fəribürz ibn Güştəsb əl-Şirvani Şirvanın hökmdarıdır. Qədim nəsldəndir. Adı çəkilən Əla əd-Din böyük sultan Hülakü xanın h.658 (1260)-ci ildə öldürdüyü Şirvan hakimi məlik Axsitanın atasıdır". [21] [22] Mənbələrdə II Axsitanın öldürülməsinin səbəbi xəbər verilmir. Yalnız ehtimal edilir ki, Şirvanşah monqol hökmdarının sadiq vassalı kimi Hülakü xanın Abbasi xəlifəsinə qarşı yürüşündə kifayət qədər cidd-cəhd göstərməmişdir.

Hülakü xanın hökmranlığı dövründə (1256-1265) Elxanilərin Şirvan üzərində hakimiyyəti gücləndi. Elxanilər vaxtında monqol köçərilərinin və köçəri zadəganlığının Şirvana axını son dərəcə artdı. Onlar münbit torpaqları, oturaq feodalların otlaqlarını zəbt edirdilər. Şirvanın əhalisi vergilərin ağırlığından və köçəri feodalların zülmündən əzab-əziyyət çəkirdilər. Bu dövrdə Şirvanşahın hakimiyyəti, görünür, nominal xarakter daşıyırdı və ölkənin ərazisi xeyli kiçildilmişdi. Şirvan, demək olar ki, yüzillik bir dövr ərzində Elxanilərlə Qızıl Orda xanları arasında hərbi əməliyyatlar meydanına çevrilmişdi.


Tarix: 08.01.2015 / 01:46 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Hülaku xan