Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Hülaku xanHülaku xan Ailəsi

Oğulları
Abaqa xan (1265-1282)
Cumukur
Yaşmut
Təkşin
Taraqay
Tobşin
Əhməd Təkudar xan (1282-1284)
Acay
Qonqurtay
Yisudar
Məngu Teymur
Hülacu
Tuğay Teymur
Qızları
Bulaqan ağa, Cuma ağa Tatarla ailə qurmuşdu.
Cemey xatun
Məngluqan ağa Çakar ağa ilə ailə qurmuşdu.
Taraqay xatun Tuğa Teymur ağa Qonquratla ailə qurmuşdu.
Qutluqan ağa Yisu Buğa noyon Dörbenlə ailə qurmuşdu.
Baba xatun Ləkzi ağa Oyrotla ailə qurmuşdu. Ardı »

Hülaku xanHərbi kampaniyalar

Hülakunun qardaşı Mengü xan 1251-ci ildə Böyük xan oldu. 1255-ci ildə Mengü xan Hülakunu cənub-qərbi Asiyada olan müsəlman dövlətlərini işğal etmək və ya dağıtmaq üçün böyük monqol ordusunun rəhbərliyinə gətirdi. Hülaku xanın kampaniyası lurların məğlub edilməsinə, Xaşxaşilərin süqutuna, Bağdaddakı Abbasilər Xilafətinin, Əyyubilər dövlətinin və son olaraq Misirdəki Bəhri Məmlük Sultanlığının asılılığına və ya dağıdılmasına nail olmaq istəyirdi. [1] Mengü xan tabe olanlarla mehriban davranılmasını və tabe olmayanların məhv edilməsini Hülakuya əmr etdi. Hülaku işin ikinci hissəsinin təlimatlarını yaxşı şəkildə həyata keçirdi.

Hülaku xan bəlkə də onun dövrünə qədər qurulmuş ən böyük monqol ordusu ilə yürüşə çıxmışdı. Mengü xanın əmri ilə imperiyanın döyüşçülərinin Ardı »

Hülaku xanHülaku xan

Hülaku xan (monqolca: Hülegü Haan, "Döyüşçü"; kürdcə: هۆلاکۆ; türkçə: Hülagû Han; Çağatay/Urdu: ہلاکو Hulaku; farsca: هولاکو خان‎; ərəbcə هولاكو خان/ هَلَاوُن; çincə: 旭烈兀;1217 - 8 fevral, 1265) - Elxanilər dövlətinin qurucusu, Çingiz xanın nəvəsi, Mengü xanın və Qubilay xanın qardaşı. Hülaku xan 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədi ilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir. Ardı »

Hülaku xanArxa plan

Hülaku xan Çingiz xanın oğlu Tuluy xanın və Kereitlərin şahzadəsi Sorğağtani Bəkinin oğlu idi. Sorğağtani bütün oğullarının monqol lideri olmasını təmin edərək uğurla monqol siyasətini idarə etdi. O, Şərq Kilsəsinin xristianı idi və oğlu Hülakunun da xristianlığa münasibəti yaxşı idi . Hülaku xanın arvadı Doqquz Xatun da Hülaku xanın yaxın dostu və sərkərdəsi Kit Buğa noyon kimi xristian idi. Ardı »

Hülaku xanBağdadın mühasirəsi

Hülakunun ordusu 1257-ci ilin noyabrında Bağdad üçün yürüşə başladı. Hülaku şəhərin yaxınlığında Dəclənin şərq və qərb sahillərindən şəhəri mühasirəyə almaq üçün ordunu iki hissəyə böldü. Hülaku şəhərin təslim olmasını tələb etdi. Ancaq Xəlifə Mustasım Billah təslim olmaqdan imtina etdi. Xəlifənin ordusu qərb tərəfdən olan bəzi hücumları dəf etdi, ancaq növbəti döyüşdə məğlub oldu. Hücum edən monqollar bəndləri dağıtdılar və daşqın yaradıb xəlifənin ordusunu tələyə saldılar. Ordunun çox hissəsi ya öldürüldü, ya da boğuldu.

Çinli general Quo Kanın rəhbərliyi altında monqollar çəpərlər və xəndəklər inşa edərək və mühasirə texnikaları və katapultları gətirərək 29 yanvar 1258-ci ildə şəhəri mühasirəyə aldılar. Mühasirə standartları döyüşün vaxtını Ardı »

Hülaku xanSuriyanın işğalı (1260)

1260-cı ildə monqol ordusu regionda olan xristian vassalları - Hetumun rəhbərliyində olan Kilikiya erməni çarlığının ordusu və Antakyalı VI Bohemondunun frankları ilə birləşdilər. Birləşmiş qüvvələr Əyyubilər sülaləsiin mülkü olan müsəlman Suriyasını işğal etdilər. Onlar Aleppo şəhərini aldılar və 1 mart 1260-cı ildə xristian general Kit Buğanın rəhbərliyi altında Dəməşqi aldılar.[7][8][9]Xristian messası Umayyad məscidində keçirildi və bir çox məscidlər murdarlandı. Bir çox tarixi mənbələr üç xristian lideri - Hetum, Bohemond və Kit Buğanı qələbə zamanı birlikdə şəhərə daxil olan şəkildə təsvir edir,[9][10] ancaq David Morqan kimi bir neçə məşhur tarixçilər bu hekayəni məşhur uydurma hesab edir.[11]

İşğal effektiv şəkildə Levant, Misir və Ərəbistan Ardı »

Hülaku xanƏyn Cəllud döyüşü

Xəbərlər gələndə monqollar Şəria çayını keçdilər. Sultan Qutuz və onun əsasən misirlilərdən ibarət ordusu Əyn Cəlluda doğru irəlilədilər. Onlar Əyn Cəllud döyüşündə təxmini 20 minlik monqol ordusu ilə qarşılaşdılar və saatlarca döyüşdülər. Məmlük lideri Baybars əsasən özlərini təqib etdirərək monqol ordusunu aldatmağa cəhd edərək vur-qaç taktikası işlətdi. Baybars və Qutuz monqolların hədəfə gəlməsini pusquda gözləmək üçün təpələrdə öz qüvvələrinin əsas hissəsini gizlətdilər. Monqol lider Kit Buğa Baybars və qoşununun qaçmasından təhrik olmuşdu və qaçan misirlilərin izində bütün qoşunu ilə yürüş etməyə qərar verdi.

Monqollar dağlıq əraziyə çatanda misirlilər ortaya çıxdılar və ortaya çıxan əsgərlər onlara hər tərəfdən hücum edəndə monqollar özlərini düşmən Ardı »

Hülaku xanVətəndaş müharibəsi

Hakimiyyət qurulandan və Hülakunun qardaşı Qubilay xan Böyük Xan elan ediləndən sonra 1262-ci ildə Hülaku öz torpaqlarına qayıtdı. O, Məmlüklərə hücüm etmək üçün ordusunu yerləşdirəndə və Əyn Cəllud vuruşunun intiqamını almağa çalışanda vəziyyət dəyişdi və Hülaku xan Batı xanın qardaşı Bərkə xanla vətəndaş müharibəsinə girməyə məcbur oldu. Müsəlmanlığı qəbul etmiş Bərkə xan Hülakunun Bağdadı talan etməsinin əvəzini çıxacağına söz vermişdi və Məmlüklərlə ittifaq qurmuşdu. Qızıl Orda hökmdarı Bərkə xan sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şirvana göndərdi. Hülakü xan vilayətlərdən qoşun topladı və Şirvana yola saldı. Dərbənd Hülakü xan tərəfindən tutuldu. Elxanilərin qoşunu qızılordalıları izləyərək Terek çayına yetişdi. Bərkə xan Ardı »