beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vətəndaş müharibəsi

Hakimiyyət qurulandan və Hülakunun qardaşı Qubilay xan Böyük Xan elan ediləndən sonra 1262-ci ildə Hülaku öz torpaqlarına qayıtdı. O, Məmlüklərə hücüm etmək üçün ordusunu yerləşdirəndə və Əyn Cəllud vuruşunun intiqamını almağa çalışanda vəziyyət dəyişdi və Hülaku xan Batı xanın qardaşı Bərkə xanla vətəndaş müharibəsinə girməyə məcbur oldu. Müsəlmanlığı qəbul etmiş Bərkə xan Hülakunun Bağdadı talan etməsinin əvəzini çıxacağına söz vermişdi və Məmlüklərlə ittifaq qurmuşdu. Qızıl Orda hökmdarı Bərkə xan sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şirvana göndərdi. Hülakü xan vilayətlərdən qoşun topladı və Şirvana yola saldı. Dərbənd Hülakü xan tərəfindən tutuldu. Elxanilərin qoşunu qızılordalıları izləyərək Terek çayına yetişdi. Bərkə xan Elxanilərin üzərinə yeni qüvvələr göndərdi. 1263-cü il yanvarın 13-də Terek çayı sahilində baş vermiş qanlı vuruşmada Hülakü qoşunu məğlubiyyətə uğradı və Şabrana doğru geri çəkildi. Dərbənd şəhəri yenidən qızılordalıların əlinə keçdi. Bu monqollar arasında ilk açıq müharibə idi və vahid imperatorluğun sonu demək idi.


Tarix: 08.01.2015 / 01:46 Müəllif: Feriska Baxılıb: 19 Bölmə: Hülaku xan