beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əyn Cəllud döyüşü

Xəbərlər gələndə monqollar Şəria çayını keçdilər. Sultan Qutuz və onun əsasən misirlilərdən ibarət ordusu Əyn Cəlluda doğru irəlilədilər. Onlar Əyn Cəllud döyüşündə təxmini 20 minlik monqol ordusu ilə qarşılaşdılar və saatlarca döyüşdülər. Məmlük lideri Baybars əsasən özlərini təqib etdirərək monqol ordusunu aldatmağa cəhd edərək vur-qaç taktikası işlətdi. Baybars və Qutuz monqolların hədəfə gəlməsini pusquda gözləmək üçün təpələrdə öz qüvvələrinin əsas hissəsini gizlətdilər. Monqol lider Kit Buğa Baybars və qoşununun qaçmasından təhrik olmuşdu və qaçan misirlilərin izində bütün qoşunu ilə yürüş etməyə qərar verdi.

Monqollar dağlıq əraziyə çatanda misirlilər ortaya çıxdılar və ortaya çıxan əsgərlər onlara hər tərəfdən hücum edəndə monqollar özlərini düşmən tərəfindən mühasirəyə alınmış gördülər. Qutuz monqollara arxadan hücum etdi. Misir ordusunun əsgərlərinin sayı haqqında qiymətləndirmə 24 mindən 120 minə qədər dəyişir. Monqollar tələdən qurtuldular və

hətta uğurlu əks-hücumada keçdilər. Ancaq monqolların sayı nəticənin qaçılmaz olacağı şəkildə azalmışdı. Döyüş bitəndə misirlilər monqolları yaxın vuruşmada məğlub edərək tarixdə daha əvvəl görünməmiş bir nailiyyət əldə etdilər. Regionda qalan monqollar ya öldürüldülər, ya da əsir götürüldülər. Əyn Cəllud döyüşü monqol işğalını zəiflətdi. Bu döyüşdən sonra monqolların şərqi və cənubu işğalı dayandı.


Tarix: 08.01.2015 / 01:45 Müəllif: Feriska Baxılıb: 16 Bölmə: Hülaku xan