beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədən şəklinizə yaraşan tərz hansıdır?

Hər gün ayna qarşısına keçib, nə geyəcəyinizə qərar verə bilmirsiniz? Bədən şəklinizə ən uyğun geyimlərin hansıları olduğunu bilirsinizmi?

İstər dolu, istər hamilə, istər balaca olun, sizə uyğun bir stil mütləq var. Fərqli bədən şəkillərinə uyğun geyim təklifləri…

Dolu bədənə sahibsinizsə…
Dolu qadınlar ümumiyyətlə bol geyimlər və sadə rənglərlə bədənlərini gizlətmək meylindədir. Ancaq bunun yerinə üzərinizə oturan, sinə və ombalarınızı qucaqlayan geyimləri seçməkdə fayda var. Bədəniniz doludursa, mövsümün trendləri tam sizə görədir.

Xüsusilə də 50-ci illərin tərzindəki geniş ətəklər və üzərinizə oturan geyimlər. Bədəninizin bəyəndiyiniz yanlarını önə çıxarmaq üçün aksesusarlardan da faydalana bilərsiniz. Məsələn diqqəti incə belinizə çəkmək üçün, kontrast rənglərdə qəşəng bir kəməri, gözdən qaçmayacaq parlaq ayaqqabılarla tamamlaya bilərsiniz. Unutmayın, bol seqmentli geyimlər sizi daha da toppuş göstərər. Üzərinizə oturan tox parçalar daha qəşəng oturar.

Mütləq lazım olanlar:
Arxanızı qaldırıb, qıçlarınızı uzun göstərəcək sizə uyğun hazırlanmış şalvar
Uzərinizə oturan palto
Rahat, yüksək dikdaban bir ayaqqabı, həm uzun göstərər, həm də gedərkən yırğalanmanızı təmin edər.
50ci illərin seksual tərzini tutmaq üçün V yaxa incə bir sviter
Bədəninizə oturan və düz enən bir ətək.

Bədəniniz uzun və incədirsə…
Bu bədən tipinə sahib qadınlar dərhal hər şeyi geyə bilərlər. Əyində daşınması çətin bir çox trend, bu bədən tipində əla dayanar. Bu səbəblə macəraçı olub, dəyişik kombinasiyaları rahatlıqla sınaya bilərsiniz. Məsələn mövsümün dar jeansləri, həddindən artıq bəzəkli yazılar və üstə yapışan jarse paltarlar tam sizə görədir.

Nələrdən qaçınmanız lazımdır? Əgər sinəniz kiçiksə, aşağı seqmentli üstlərdən uzaq dayanırsınız. Ayrıca baldır xəttində bitən qısa paçalı şalvarlar və dirsəyin bir az altında bitən qol boyuna da diqqət edin. Bunlar sizi çox qısa göstərə bilər.

Mütləq lazım olanlar:
Dar şalvarlar. Bunları dikdabanla geyin.
İncə və üzərinizə yapışan uzun paltarlar
Uzun olan gövdə boyunu daha qısa göstərmək üçün üfüqi xəttli geyimlər
Yüksək dikdaban çəkmələr
Jeans və ya qəşəng şalvarlarla geyə biləcəyiniz jarse üstlər
Kəmərli bir trençkot

Balacasınızsa…
Bu tip bir bədənə sahib olanlar üçün ən əhəmiyyətli şey, geyimlərinizin üzərinizə oturmasıdır. Tək rəng geyinmək və tünd rəngləri seçmək müasir bir görünüş və bütünlük təmin edər. Minyonlara ən çox qısa ətəklər yaraşar. Bu səbəblə qıçları ortaya çıxarmanın zamanıdır. Uyğun corablar və ayaqqabılar boyunuzun da daha uzun görünməsini təmin edər. Fərqli rəng və tərzləri bir yerdə istifadə etmək diqqəti böləcəyindən, sadə modellər, təpədən dırnağa dək bir rəng istifadəsi ehtiyacınız olan bütünlüyü təmin edər.

Mütləq lazım olanlar:
Diz üzəri ətəklər
Üzərinizə oturan sviterlər
şalvarlarla geymək üzrə az dikdaban botlar
Üzərinizə uyğun boru paça şalvarlarlar. Daha uzun görünmənizi də təmin edərlər.
Dizdə bitən paltolar
Açıq ayaqqabılarla geyəcəyiniz incə, diz üstü 20-ci və 30-cu illəri xatırladan paltarlar

Armud modeli…
Armud olaraq təyin olunan bədən şəkli, Beyonce, və Jennifer Lopez sayəsində bəyənilən bədən tipidir. Üst hissə incə və arxası olan qadınları təsvir etməkdə istifadə edilir. Armud bədən şəklinə sahibsinizsə, qabarıq ətəklərdən çox, üzərinizə oturan və düz enən ətəkləri seçin, xüsusilə çox yüksək dikdaban çəkmə və ayaqqabılarla. Sinənizi ortaya çıxarmaq üçün közsə tipi üstlər, oturuq pencəklər və ya önü açıq buraxılmış bir bluzun içinə geyəcəyiniz balkonet tərzi büstqalterlər geyə bilərsiniz. Anvelop ətəklərlə boyundan bağlı paltarlar, yaz axşamları və toy kimi mərasimlər üçün yerində bir seçim olacaq. Amma çox parıltılı parçalardan uzaq dayanmaqda fayda var, çünki bunlar işığı əks etdirərək lazımsız diqqət çəkər.

Mütləq lazım olanlar:
Boru paça şalvarlar əla oturar amma bel qisimində əsnəmə edib açılmamasına diqqət yetirin.
Alt və üst tarazlığını təmin etmək üçün sinələrinizi qaldıran balkonet tərzi büstqalterlər
Tünd rəng bir ətək ki bunu hər şeylə geyə bilərsiniz.

Anvelop paltarlar.
Hər bədən üst və altlar üçün uyğundur.
Yenə geniş ombalarla dar üstləri bərabərləşdirmək üçün cizgili geyimlər.
Sizi incə göstərəcək incə xəttli bir sıra.

Hamiləsinizsə…
Hamiləsinizsə, bol tünik və paltarların altında gizlənməyin. Yaxşıca açılıb saçılın da demirik amma qarınınızın qabarıqlığını yüngülcə müəyyən edən geyimlər qəşəng dayanacaq. Çarpaz seqmentlər və anvelop paltarlar gecə geymək üçün uyğundur. Ayrıca hamiləliyin irəli mərhələlərində də geyilə bilərlər. Qısa geyimlərə çox yanaşmayın. Bunun yerinə qarınınızı bağlayacaq amma gizlətməyəcək uzunca geyimləri seçin. Bədəninizə oturan bir şeylər geydiyinizdə də, açıq yaxalı geyimlər geyməyin.

Mütləq lazım olanlar:
Elastik parçadan sviter tərzli bir paltar.
Hamilələr üçün hazırlanmış cinslərdən. İki dənə alsanız pis olmaz.
Anvelop üst və paltarlar
Pejamanı xatırladan bol paçalı beli şinli şalvarlar
Bunları paltar olaraq ya da tünik kimi şalvar üzərində istifadə edə bilərsiniz.
Babet ayaqqabılar, həm rahatlıq, həm də qəşənglik üçündür.


Tarix: 26.12.2012 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 875 Bölmə: Geyim/Moda/Deb