Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paltarı tamamlayan ən əhəmiyyətli vasitə aksesuardır

Ancaq doğru yerdə və doğru paltarlarda istifadə edilsə! Məsələn gözəl olmadığını düşündüyünüz əllərinizə dəbdəbəli üzüklər taxmayın.

Çünki aksesuarlar istifadə edildikləri yeri daha çox ön plana çıxararlar.
Boyununuzun incə və zərif olduğunu düşünürsünüzsə, qəşəng boyunbağlarla paltarlarınızı tamamlamağı seçim edə bilərsiniz.Dəbdəbəli və iri aksesuarınızı qətiliklə sadə paltarlarınızla istifadə etməyin. Əks halda görünüşünüzdə daha çox qarışıqlıq yarada bilərsiniz.

Bunları əsla etməyin!
Bu mövsüm iri sırğalar dəbdədir, amma kiçik üz quruluşuna maliksinizsə ondan istifadə etməyin.
Qalın boyun hissəsinə sahibsinizsə dəbdəbəli boyun bağlarından qaçın.
Dəbdəbəli boyunbağı və sırğanı bir yerdə istifadə etmək yerinə, sırğa və bilərziyi bir yerdə istifadə etməyi seçin.
Gecə paltarı ilə istifadə edəcəyiniz saat da mütləq geyinəcəyiniz paltarın rəngində olmalıdı, əgər belə bir saatınız yoxdursa, yaxşısı budur ki, ondan heç istifadə etməyəsiniz.

Boyunuz qısadırsa, qolataxmalar və həcmli boyun zəncirlərindən imtina edin. Çünki bunlar boyunun daha qısa göstərməsindən başqa bir işə yaramaz.
Gündəlik işə gedərkən isə zərif boyunbağılardan istifadə edin.


Tarix: 26.12.2012 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 244 Bölmə: Geyim/Moda/Deb
loading...