Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stil nədir

Hər bir xanımın bir stili, tərzi var. Həttə televiziyada da müntəzəm olaraq qadınların tərz və stilləri müzakirə mövzusuna çevrilib, bununla bağlı müxtəlif fikirlər söylənilir. Bəs gəlin görək, stil nədir, stil sahibi necə olmaq olar?

Stil dəblə ayaqlaşmaq demək deyil. Çünki, yalnız dəblə ayaqlaşaraq geyim seçmək, dəbdə olanları alıb geyinmək qadınları zövqsüz bir vəziyyətə sala bilər.

Hər zaman qüsursuz və gözəl görünmək istəyirsinizsə doğru tərzinizi seçin.

Davamlı olaraq dəyişən dəb dünyasını izləmək təbii ki, çox çətindir. Çünki dəbədir deyə əldə edib geyinəcəyiniz hər hansı bir paltar sizi pis görkəmə sala bilər. Unutmayın ki, stil sahibi olmaq bunun yalnız sizə məxsus olması deməkdir. Daha dəqiq desək, dəbi hər kəs izləyir və hər kəs də dəblə ayaqlaşmağa çalışır. Amma stil sahibi olmaq öz tərzini yaratmaq və tək olmaqdır.

Qısası, dəbi izləyin və bədən quruluşunuza uyğun olan geyimlərlə tərzinizi yaradın və beləcə, stil sahibi olun.


Tarix: 26.12.2012 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 479 Bölmə: Geyim/Moda/Deb
loading...