beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şlyapa və baş örtüklərinin üz quruluşuna görə seçilməsi

Baş örtükləri paltardan daha çox insanın üz cizgilərinə, xarici görünüşünə uyğun gəlməlidir. Baş örtüyünü geyərkən yaxşı olar ki, iri bədənnüma aynanın qarşısında elə dayanasınız ki, geydiyiniz və taxdığınız bəzək əşyalarının ansamblı hər tərəfdən aydın görünsün. Baş örtüyü üçün məsləhət vermək çətindir. Lakin yenə də bəzi məsləhətlər yerinə düşər.
Balaca şlyapa sifəti açır, onu yaraşıqlı göstərir, lakin xarici çatışmazlığı gizlədə bilmir.

Beret və beret formalı şlyapalar idman stilli paltarlarla yaxşı yaraşır. Beretin ölçüsünün, eninin və hündürlüyünün müxtəlifliyi onu hər hansı xarici görünüşə uyğunlaşdırmağa imkan verir.

Baş örtüklərini xırda bəzək əşyaları: bant və sancaqla da bəzəmək olar. Bunları çox yaraşıqlı paltara və paltoya vurmaq da olar, vurmamaq da.

Hündürboy və arıq kişilər, həmçinin qadınlar bilməlidirlər ki, onların quruluşuna və xarici görünüşünə alçaq təpəli və üfüqi işləməsi olan şlyapa yaraşmaz. Çox hündür boylu adam kostyumu ilə eyni rəngli şlyapa geyməkdən çəkinməli, həmçinin hündür təpəli, balaca və ensiz kənarlı şlyapa geyməməlidir.
Enlikənar böyük şlyapa boyu nisbətən alçaq göstərir. Məhz buna görə də alçaq boylu adamlara belə şlyapa geymək məsləhət görülmür. İri kənarları aşağı sallanmış, təpəsi yastı düz şlyapa sifəti nisbətən qısa və enli göstərir. Buna görə də uzunsov üz quruluşuna malik insanlar belə şlyapa geysələr, gözəl görünərlər.


Tarix: 26.12.2012 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 422 Bölmə: Geyim/Moda/Deb