Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsti və yumşaq

Əgər kürk almaq qərarına gəlmisinizsə, bu, qış soyuğunun əhvalınızı pozmayacağına zəmanətdir.

Qışın bizə hansı sürprizlər hazırladığını sinoptiklər belə müəyyən edə bilmir. Aysel isə 2012-ci ildə hansı kürklərin dəbdə olacağından xəbər verir.

Bu qış ən dəbli kürklər təbii rəngdə olanlardır.

Həmçinin məşhur dizaynerlər kürən, qəhvəyi rəng və çalarlarına, zoğal və albalının çalarlarına üstünlük veriblər. Dəbdə ən dəbli xəz mutondur (xüsusi üsulla işlənmiş qoyun dərisi).

Muton kürk həm soyuqdan, həm də yağışdan qoruyur. Bu materialdan olan modellər su samuru və şimal tülküsü xəzi ilə dekor olunur (qollarda, yaxalıqda).

Uzun kürklər heç vaxt dəbdən düşmür.

Modelləri fərqli etmək üçün bu il dizaynerlər onlara əyri ciblər, iri başlıq (kapüşon) əlavə ediblər. Heyvan printləri hələ yaydan dəbə gəlib. Bu moda soyuq mövsümə də keçib.

Pələng və ya bəbir printli qısa kürklər istənilən xanımı orijinal və dəbli göstərəcək. Klassik uzun modellərlə yanaşı, xəz gödəkcə və jiletlər dəbin zirvəsindədir. Orijinal dekorativ detallar, asimmetrik ciblər, dəri və xəz kəmərlər, iri düymələr- 2012-ci ilin dəbli tendensiyasıdır.

Şimal tülküsü xəzi bu il diqqətdən kənarda qalmayıb.

Onsuz qışı təsəvvür etmək mümkün deyil, yeni mövsümdə isə onun rəngi təbii, mirvari-boz, qara və ağdır.

İri yaxalıq və manjetli, düz biçimli uzun kürklər aktual olacaq. Kütlədən seçilmək və əhvalını yüksəltmək istəyənlər üçün dizaynerlər sürpriz hazırlayıblar kürkü açıq-yaşıl rəngə boyayıblar. Ən cəsarətli xanımlar məhz beləsini seçməklə diqqətdən kənarda qalmayacaqlar.

Yeni mövsüm kürk modasına bir yeniliyi də gətirib - müxtəlif növ kürklərin kombinə olunmasını. Praktiklik və komfortdan danışanda qunduz xəzini mütləq qeyd etmək lazımdır. Onun üstünlüyü yüngül və sadə olmasıdır.

Qunduz kürkünü daha eleqant və dəbdəbəli etmək üçün dizaynerlər ona su samuru xəzindən element vurmuş və müxtəlif rənglərə boyamışlar. Bu yolla münasib qiymətə çox dəbli kürk əldə edə bilərsiniz.


Tarix: 26.12.2012 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 516 Bölmə: Geyim/Moda/Deb
loading...