beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşına uyğun geyim

Hər kəsin öz yaşına uyğun kostyum geyməsi başlıça şərtdir. Ancaq hansı yaşda olursa-olsun, geyilən paltarinsanı olduğundan daha yaşlı göstərməməlidir.
Oxucularımızın yaş həddini nəzərə alaraq, məsləhət görmək istəyirik ki, kostyumluq parça alarkən çox «yaşlı» və «ağıryana» parça seçməyin. Məsələn, panbarxat, qara krujeva və s. kimi çürbəcür fasonlara uyub özünüzü yaşlı göstərməyin.
Gənc qadının bədəninin zərifliyi, belinin incəliyi onun o qədər də mürəkkəb modellər seçməsinə ehtiyac yaratmır. Sadə və ciddi tikilmiş kostyum belə bədən quruluşuna malik insanlara çox yaraşır.
Gənc və gözəl bədən quruluşuna malik qadınlara dar və gen yubka, yaraşıqlı nazik kofta, toxunma cemper, jilet, sviter və şifondan, kaprondan və ya əlvan çitdən tikilmiş yüngül paltar daha çox yaraşır. Belə qadınlar idman tipli paltarlarda və yaraşıqlı ziyafət qiyafələrində də olduqca gözəl görünürlər.


Tarix: 26.12.2012 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 464 Bölmə: Geyim/Moda/Deb