beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eynək çərçivələrinin düzgün seçilməsi qaydası

Müasir həyatda eynəklər artıq insanın xarici görünüşünün ayrılmaz bir hissəsinə çevriliblər.


Hərdən biz insanlarda eynək görürük və düşünürük ki, həmin eynək bizdədə eyni cür qalacaq, bizədə yaraşacaq. Yalnız üz quruluşundan asılı olaraq, eynək çərçivələrini düzgün seçmək lazımdır.

Çərçivənin materialının seçilməsi


İlk öncə hansı çərçivədən istədiyinizi müəyyənləşdirin.

Plastmas çərçivə


Bu materialdan olan çərçivə aldığınız zaman, iki materiala diqqət yetirin – kevlar və neylon. İş ondadır ki, məhz bu materiallar daha dözümlü olurlar. Neylon materialdan olan çərçivələrin qalınlığı çox azda ola bilir. Bu materialdan olan çərçivələri sevənlər onları yüngül və sərfəli olduğunu düşünürlər.

Metal çərçivə


Metal çərçivələr hipoallerqen və nikel olmayan ərintidən düzəldilir. Metal müxtəlif rənglərdə ola bilir. Çərçivə metalı adətən yumuşaq və qulaqcıq hissəsində kauçukdan üzlük var ki, eynəyin düzgün oturmasına kömək olur. Metal çərçivənin üstünlüyü onun möhkəmliyi, muasirliyi, çünki bir çox insan metal çərçivəni dəbli hesab edir.

Pulu çox olan bahalı metaldan olan çərçivələridə ala bilər, qızıl, gümüş, palladiy və sair.

Çərçivənin rəngini seçin


Stilistlər ilk öncə çərçivə rəngini seçərkən, saçlarınız rəngindən uzaq olmağınızı məsləhət bilirlər. Əgər siz sarışınsınız isə, onda sizə boz-mavi, zümrüdü, göy və tünd rəngli çərçivələr yaraşacaq. Qara saçlarınız var isə, yəni tün rəngli saçların daşıyıcısısınız isə, onda sizə gümüşü və boz-mavi rəngli çərçivələr yaraşacaq. Qaşlarınızın tünd olması, eynək çərçivəsinin tünd olması ilə uyğun gəlməyəcək. Əgər sizin saçlar tamami ilə ağarıbsa boz və sarı rənglərdən başqa hər bir rəngli çərçivədən istifadə edə bilərsiniz. Qeyd etdiyimiz rəngələr sizi daha solğun göstərə bilər.

Bəzən çərçivələr daş-qaşla bəzədilmiş olur. Belə çərçivə əldə edirsiniz isə, gələcəkdə onlarla asta rəftar edin ki, qaşlar düşməsin.


Çərçivənin formasını seçin


Eynək çərçivələri mü

xtəlif ola bilərlər. Əlbəttə bir neçə formalı eynəklərinizin olması bir üstünlük kimi qiymətləndirmək olar. Eynəklərin forması çox zaman onların stilindən asılı olur.

Eynəyi harada istifa

də edəcəyinizi müəyyənləşdirin. İstirahət və ya idman eynəkləri daha çox üz quruluşunun formasında olur, yəni möhkəm dayanır. Gündəlik istifadə üçün sizə rahatlıq gətirən eynəklərdən istifadə edin. Klassik eynəklər daha çox işgüzar xanımlar üçün məsləhətdir.

Çərçivənin forması üz quruluşuna görə

Oval üzlülər üçün


Bu tip üzə malik olanlar çox şanslı insanlardı. Çünki bu zaman sizə istənilə saç düzümü, istənilən makiyaj, sırqa yaraşacaqdır. Həmçinin bu eynək çərçivələrinədə aiddir. Daha çox isə sizə klassik eynəklərdən istifadəni məsləhət görərdik.

Üçbucaq üzlülər üçün


Düzbucaq formalı eynəklər üzünüzün daha oval görsənməsinə kömək edər. Daha çox nazik çərçivələrdən istifadə etməyiniz məsləhətdir.

Dördbucaq üzlülər üçün


Stilistlər sizə oval və ya yumuru formalı çərçivələr məsləhət bilirlər.

Ürəkvari üzlülər


Oval və orta ölçülü eynəklər sizə yaraşacaq. Qaşlarınızın çərçivədən görsənməsinə fikir verin.


Yumuru üzlülər


Trapesiya formalı eynəklər sizə daha çox yaraşacaq. Yumuru və oval formalı çərçivələr üzünüzün formasını daha oval etmiş olacaq. Burnun üst hissəsi tünd digər tərəfləri daha açıq olmalıdır.

Əgər siz burnunuzun çatışmamazlıqlarını örtmək istəyirsiniz isə, onda eynəyi burnunuzun üst hissəsindən biraz aşağıda saxlayın. Üzünüz xırdadırsa, çox iri eynəkləri seçməyin.

Eynək alanda bunlara fikir verin: çərçivə qaşların səviyyəsindən yüksək olmasın, çərçivənin yan tərəfləri üzünüzə batmasın, çərçivənin gözlükləri yanağınıza dəyməsin.


Tarix: 26.12.2012 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 496 Bölmə: Geyim/Moda/Deb