beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəlinlik seçimi necə olmalıdır?

Psixoloqlar söyləyirlər ki, hər kəs arzulara dalmağı sevir. Əksər zamanlarda isə ən böyük xəyallar isə hər bir insanın həyatında ən unudulmaz gün sayılan izdivaç günü- toyla bağlı olur. Bəs gəlin göprək dizaynerlər 2011-ci ilin yaz-yay mövsümündə hansı gəlinlikləri məsləhət bilirlər.

Bu mövsüm gəlinlik libası geyməkdə qərarlısınızsa bəzi məqamları nəzərə almalısınız. Dünyanın tanınmış dəb ustaları güpür, atlas, şifon parçalardan hazırlanan gəlinliklərin həmişə olduğu kimi bu mövsümdə dəöz aktuallığını saxlayacağını qeyd edirlər.
Əgər bir vaxtlar uzun gəlinliklər dəbə hakim kəsilmişdisə, bu gün artıq orta uzunluqlu -midi gəlinliklər dəbi baş qaldırır. Amma unutmayın ki, uzun gəlinliklər 2011-ci ilin dəbi olaraq aktual olacaq.

Gəlin paltarı ağ olar,deyənlərə dizaynerlər rəngli toy geyimlərini təqdim etsələr də, gəlin olmağa hazırlaşan xanımlar yenə də bəyaz gəlnlik seçməklə öz istəklərini bəyan edirlər. Duvağa gəlincə isə bu il onları aksessuarlar, şlyapalar əvəz edəcək. Duvaq taxmaq istəyənlər isə daha qısa və bir qat olanlara üstünlük verməli olacaqlar.

Və ən əsası tort formalı gəlinlik donlarını da bu il unudun. Daha zərif və düz gəlinliklər bu yaz-yay aylarında toy etməyə hazırlaşanların əsas seçimi olacaq.


Tarix: 26.12.2012 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 362 Bölmə: Geyim/Moda/Deb