beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paris Notrdam kilsəsi (film, 1956)

"Paris Notrdam kilsəsi" (fr. Notre-Dame de Paris) — rejissor Jan Delannuanın filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Hadisələr orta əsrlərdə Parisdə baş verir. Qaraçı qızı Esmeralda öz gözəlliyi ilə kişilərin ağlını başından çıxarır. Ona eyni vaxtda Paris Notrdam kilsəsinin keşişi Klod Frollo və müqəddəs atanın yanında işləyən qozbel Kvazimodo aşiq olub. Qız isə Feb ləqəbli alicənab bir adama vurulub və bunu öz ürəyində saxlayır. Keşiş qısqanclıqdan onu yaralayır. Cinayətdə Esmeraldanı günahkar bilirlər və hakimlər qıza asılmaq hökmünü çıxarırlar. Feb onu xilas etmək üçün heç nə etmir, təkcə qozbel Kvazimodo sevdiyi qızın köməyinə gəlir.

Filmin sonunda Esmeralda kilsənin qabağındakı mübarizədə öldürülür. Esmeraldanın son sözü "Həyat gözəldir" olur.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Viktor Hüqo
Ssenari müəllifləri : Cin Aurenç, Jak Prever, Ben Hekt
Rejissor : Jan Delannua
Operator : Mişel Kelber
Bəstəkar : Corc Orik
Prodüserlər : Robert Akim, Reymond Akim

Rollarda
Cina Lollobricida – Esmeralda
Entoni Kuinn – Kvazimodo
Jan Dane – Feb
Alen Küni – Klod Frollo
Rober İrş – Pyer Qrenquar
Daniel Dümon
Filipp Kley
Moris Sarfati
Jan Tissye
Valentin Tessiye
Jak İllinq
Jak Düfiyo
Roje Blen
Mariann Osvald
Rolan Bayli
Pyeral
Kamilla Cerini
Demia
Robert Lombard
Alber Remi
Haber Lapparen
Boris Vian
Jorj Dukinq
Pol Bonifas
Medileyn Barbulye
Alber Mişel
Deniel Emilfork
Etçeveri
Dominika Devrey
İet Lukas
Denis Karven
Jak Bertran


Tarix: 23.02.2013 / 16:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 680 Bölmə: Filimler