Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hellouin (film, 1978)

Hellouin (ing. Halloween) — 1978-ci ildə istehsal olunmuş ABŞ filmidir.[3]Mündəricat
1 Məzmun
2 Saundtreklər
3 İstinadlar
4 Mənbə
5 Xarici keçidlər
6 Həmçinin bax


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Filmdən bir səhnə

1963-cü ildə Hellouin gecəsində altı yaşındakı Maykl Mayers (Uill Sandin) İllinoys ştatındakı Haddonfielddəki evlərində on yeddi yaşındakı bacısı Cuditi (Sendi Conson) mətbəx bıçaqı ilə öldürür. Bir müddət keçdikdən sonra ailəsi evə gəlir və onu əlində qanlı bir bıçaq, özündən ketmiş bir halda tapırlar. Dərhal Maykl , "Smith's Grove Warren County Sanitarium" adlı xəstəxanaya aparılır. Burada uşaq psixiatrı Həkim Sem Lumisin (Donald Plisens) yaında müalicə alır.Müalicədən səkkiz il keçdikdən sonra Lumis, Mayklın içində saf bir pisliyin olduğunu başa düşür və yeddi il onu xəstəxanada qalması üçün məşğul olur. 30 Oktyabr 1978-ci il tarixində Maykl, məhkəmədə mühakimə olunur. Lumis və köməkçisi Marion Çembers (Nensi Stivens), 21 yaşındakı Mayklı məhkəməyə aparmaq üçün "Smith's Groveyə" gəlirlər. Maykl ani bir hücumla avtomobili ələ keçirir və qaçır. Lumis onu izləməyə başlayır. Cudit Mayklın məzar daşının itkin olduğunu öyrənincə, onun evinə döndüyünü xəbər alır.

İşçi paltarı geyən və maska taxan Maykl (Toni Moran), həqiqətən də Haddonfielddəki artıq tərk edilmiş vəziyyətdə olan evinə dönür. Burada Lori Stroud (Ceymi Li Körtis) adlı bir gənc qız və onun bir neçə yoldaşını gizlicə izləyir. Lori Stroud Mayklı gün boyunca bir neçə dəfə görür və bundan narahatlanır. Axşam Lori, baxıcılığını boynuna götürdüyü Tommi Doylun (Brayan Endryus) ailəsinə aid evin qarşısında Lindzi Ualles (Kayli Riçards) adlı kiçik bir qız ilə maraqlanan yoldaşı Enni Brekett (Nensi Kayes) ilə görüşür.

Axşam Maykl, Ualleslərin evinin pəncərəsindən Ennini izləyir. Enni daha sonra yoldaşı ilə görüşmə vaxtı təyin edərək, Lindzi ilə birlikdə Lorinin yanında qalır. Enni avtomobilə minən zaman Maykl arxa kreslodan meydana çıxaraq, onun boğazını kəsir. Tommi, Mayklı Enninin cəsədini Ualleslərin evinə daşıyarkən görür və onun qisası olduğunu düşünür. Lori bunun doğru olmadığını söyləyir və Lindzi ilə onu yatağa yatırdır.

Lorinin digər yoldaşı Linda van der Klok (Pi Cey Souls) yoldaşı Bob Sims ilə Ualles ailəsinin evinə gəlir. Enninin evdə olmadığını başa düşdükdən sonra, ailə birlikdə olur. Bir müddət sonra Bob mətbəxə gedir. Burada Maykl tərəfindən boğularaq divara mismarlanılır. Yataq otağında Maykl, Lori ilə danışmaqda olan Lindanı telefon kordonuyla boğuraraq, onu öldürür.

Lori telefondan gələn səsləri eşidincə narahat olur. Nə olub bitdiyini anlamaq üçün Ualleslərin evinə gedir. Orada üç cəsəd və Cudit Mayersin itkin məzar daşını tapır. Bu zaman Lori, nərdivanın sonuncu pilləsində dayanarkən, Mayklın hücumuna uğrayır və pillələrə düşür.Lakin üonşu evə qaçmağı bacarır. Maykl həmin evə daxil olur. Lori onun boynuna hörgü şişi batırdıqdan sonra uşaqları nəzarət etmək üçün dərhal yuxarıdakı otağa çıxır.Bir tərəfdən də Maykl onun arxasından gəlir. Uşaqlara qaçmalarını və polis çağırmalarını söyləyirək, şkafda gizlənir. Maykl şkafın qapısını sındırır. Bu əsnada Lori paltar asılqanının telini onun gözünə batıraraq bıçağını salmasına səbəb olur. Ardından bıçağı onun sinəsinə batırır və Maykl yerə düşür. Lori də şkafdan çıxır.

Bir tərəfdən Lumis, uşaqların çaxnaşma içində evdən çıxıb qaçdıqlarını fərq edir. Maykl isə yerindən qalxaraq Loriyə arxadan hücum etmişdir. Lumis evin içinə girir və ona altı dəfə atəş edir. Maykl balkondan aşağı düşür. Lumis Lorini təsəlli edir. Balkondan aşağı baxdığında Mayklın cəsədinin orada olmadığını görür.

Saundtreklər№AdıMüddəti
1.«Halloween Theme Main Title»
2.«Laurie's Theme»
3.«Shape Escapes»
4.«Myers' House»
5.«Michael Kills Judith»
6.«Loomis And Shape's Car»
7.«The Haunted House»
8.«The Shape Lurks»
9.«Laurie Knows»
10.«Better Check The Kids»
11.«The Shape Stalks»


Mahnıların sözləri və musiqisi 20th Anniversary Edition. №AdıMüddəti
1.«Halloween Theme»
2.«Halloween 1963»
3.«The Evil Is Gone!»
4.«Halloween 1978»
5.«The Boogieman Is Coming»
6.«The Shape»
7.«The Hedge»
8.«He Came Home»
9.«Trick Or Treat»
10.«The Haunted House»
11.«The Devil's Eyes»
12.«The Boogieman Is Outside»
13.«Damn You For Letting Him Go!»
14.«Empty Street»
15.«See Anything You Like?»
16.«Lock the Door»
17.«He's Here?»
18.«Light's Out»
19.«Cut It Out»
20.«Tombstone»
21.«The Shape Stalks Laurie»
22.«Turn Around»
23.«Lock The Door»
24.«The Hanger»
25.«Call The Police»
26.«Last Assault»
27.«Was That The Boogieman?»
28.«End Credits/Halloween Theme (Reprise)»


İstinadlar
↑ "Filmin büdcəsi və gəliri haqqında Boxofficemojo.com saytında".
↑ "Filmin büdcəsi və gəliri".
↑ "Filmin mükafatları və Nominasiyaları".

Mənbə
Badley, Linda. Film, Horror, and the Body Fantastic. Westport, Conn.: Greenwood Press, 1995. ISBN 0-313-27523-8.
Baird, Robert. "The Startle Effect: Implications for Spectator Cognition and Media Theory." Film Quarterly 53 (No. 3, Spring 2000): pp. 12 – 24.
Carroll, Noël. "The Nature of Horror." Journal of Aesthetics and Art Criticism 46 (No. 1, Autumn 1987): pp. 51 – 59.
Cumbow, Robert C. Order in the Universe: The Films of John Carpenter. 2nd ed., Lanham, Md.: Scarcrow Press, 2000. ISBN 0-8108-3719-6.
Johnson, Kenneth. "The Point of View of the Wandering Camera." Cinema Journal 32 (No. 2, Winter 1993): pp. 49 – 56.
King, Stephen. Danse Macabre. New York: Berkley Books, 1981. ISBN 0-425-10433-8.
Prince, Stephen, ed. The Horror Film. New Brunswick, N.J.: Rutgers University Press, 2004. ISBN 0-8135-3363-5.
Schneider, Steven Jay, ed. Horror Film and Psychoanalysis: Freud's Worst Nightmare. Cambridge: Cambridge University Press, 2004. ISBN 0-521-82521-0.
Williams, Tony. Hearths of Darkness: The Family in the American Horror Film. Rutherford, N.J.: Fairleigh Dickinson University Press, 1996. ISBN 0-8386-3564-4.
Clover, Carol. Men, Women, and Chainsaws: Gender in the Modern Horror Film. Princeton, Princeton University Press, 1993.
Ian Conrich. “Killing Time and Time Again: The Popular Appeal of Carpenters Horror’s and the Impact of the Thing and Halloween.” In The Cinema of * * John Carpenter: The Technique of Terror, edited by Ian Conrich, and David Woods, 91-106. Wallflower Press, 2005.
Adam Rockoff, Going to Pieces: The Rise and Fall of the Slasher Film, 1978–1986 (Jefferson, N.C.: McFarland & Company, 2002), kap. 3, ISBN 0-7864-1227-5.


Tarix: 18.02.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 462 Bölmə: Filimler
loading...