Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlahi məxluq (film, 2011)

Məzmunu
Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Payızın qəfil gəlişi, dağlara qar yağması, köç yolunun bağlanması çobanı çətin vəziyyətə salır. O, bütün qarğaşasını birdəfəlik apara bilməyəcəyini dərk edib, 14 yaşlı oğlunu yurd yerində qoyur. Yeniyetmə özünü və heyvanlarını həm qar-borandan, həm də obaya hücum edən canavarlardan qorumaq məcburiyyətindədir. Tək qalan uşağa mənəvi dəstək olan dayısının ona bağışladığı körpə quzu və şəkilli dərgi olur.

Film haqqında
Film Bizim Kino prodüser mərkəzində çəkilmişdir.
Film 2008-ci il üçün dövlət sifarişi ilə istehsal olunan 3 filmdən biridir.
Çəkilişlər əsasən Qubanın Xınalıq və Qalaxudat kəndlərində, Yardımlıda aparılıb[1].
Filmin Latviya və Estoniya film istehsalçıları ilə müştərək çəkilməsi planlaşdırılırdı.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi: Yavər Rzayev
Quruluşçu rejissor: Yavər Rzayev
Bəstəkar: Səyavuş Kərimi
Prodüser: Heydər Dadaşov
İcraçı prodüser: Tofiq Musayev

Rollarda
Nurəddin Mehdixanlı
Vəfa Zeynalova


Tarix: 15.02.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 204 Bölmə: Filimler
loading...