beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qapışma (film, 2000)

Qapışma (ing. Snatch.) 2000-ci ildə rejissor Qay Riçi tərəfindən çəkilən döyüş filmidir.

Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Rollarda
4 Xarici keçidlər


Məzmun

Filmdə əsas obrazlar anası ve atası təyyarədə tanış olduğu üçün Türk (Ceyson Stetem) adını alan bir ingilis və silahları çox sevən dostu və Tommidir. Onlar qanunsuz boks görüşləri təşkil edir,bu boks üçün Kərpic Sifət (Alan Ford) adında böyük bir mafiyadan kömək istəyirlər. O da, Türk ve Tommi üçün lazım olanı edir. Ancaq bir gün bu ikisinin boksçusu Möhtəşəm Corc(Bred Pitt) adında bir qaraçıya uduzur. Türk ilə Tommi boksçularını dəyişdirmək məcburriyətində qalırlar ve elə bu səbəbdən onlar Mikini özlərinə yeni boksçu götürürlər. Kərrpic Sifətin onlardan istəyi dördüncü raundda Mikinin uduzmasıdır. Ancaq buna əməl etmir və bunun nəticəsində boksçunun anası öldürülür.

Həmçinin qumarbaz Dört Barmaq ləqəbli Frenki (Benisio del Toro) indi Əmioğlu Avi (Denis Ferina) adındakı öz bossu üçün almaz oğurlayacaqdır. Heç gözlənməyən bir anda iki hadisə bir birinə qarışır.

Film haqqında
Qay Riçi ilə görüşən Bred Pitt yeni filmində ondan rol istəyir. "Qapışma" filminə dəvət olunan aktyor London şivəsi ilə danışa bilmədiyi üçün qaraçı Mikki rolu ilə kifayətlənməli olur.
Tayron rolunun ifaçısı Eyd çəkiliş meydançasına qarovulçu işi axtarmağa gəlmişdi. Eydi görən Qay Riçi Tayron rolunu ona təklif edir.
Çəkiliş meydançasında nizam-intizam yaratmaq üçün Qay Riçi özünə məxsus cərimə sistemi tətbiq edir. Mobil telefona gələn zənglər, çəkilişə gecikmə, iş vaxtı yatmaq, danışıqlar, narazılıq üçün cərimələr var idi.
Filmdəki səhnələrin birində Vini Cons bir nəfərin başını maşının qapısına çırpır. Bu səhnəni o, Qay Riçi tərəfindən 1998-ci ildə lentə alınmış "Kart, pul və iki giliz" filmində də etmişdi. Səhnələrin birində isə Ülgüc Boris pencəyinin altından qəssab bıçağı çıxarır. Eyni filmdə də Sabun bu hərəkəti edir.
Deyilənlərə görə, Qay Riçi "Lucky star" mahnısına görə Madonnaya bir milyon ABŞ dolları verib.

Rollarda
Ceyson Stetem- Türk
Bred Pitt-Mickey O Neil
Denis Ferina-Avi
Alan Ford- Kərpic Sifət
Stiven Qrehem-Tommy
Lenni Ceyms-Solomon Sol
Benisio del Toro- Dört Barmaq Franky


Tarix: 22.02.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Filimler