Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ben-Hur (film, 1959)

"Ben-Hur" (ing. Ben-Hur) — rejissor Uilyam Uaylerin filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Mükafatlar
3.1 1959-cu ilin "Oskar" mükafatı:
4 Filmin heyəti
4.1 Film üzərində işləyənlər
4.2 Rollarda


Məzmun

Bizim eranın 26-cı ilində Roma imperiyası artıq adəti üzrə öz ərazilərini genişləndirmək və yeni-yeni əraziləri istila etmək niyyətində idi. Yəhudilər Allahın oğlunun doğulmasının şahidi olurlar. Yəhudilərin görkəmli və varlı nümayəndəsi Ben-Hur öz uşaqlıq dostu və artıq Roma tribunu olan Messala ilə görüşür. Nə vaxtsa qohum qədər yaxın olan Ben-Hur və Messala bu görüşdən sonra düşmənə çevrilirlər. Səbəb Messalanın Ben-Huru yəhudiləri satmağa çəkməsi, Ben-Hurunsa heç vaxt öz xalqını satmayacağını söyləməsi idi. Nəticədə Ben-Huru çoxavarlı gəmiyə təhkim edir, onun ana və bacısını isə həbsxanaya salırlar.

Uzun sürən illər Ben-Huru çox sınaqlardan keçirir. Ben-Hur nə vaxtsa intiqam ala biləcəyini fikirləşərək bütün əzablara dözür. O, həsrətini çəkdiyi vətəninə qayıdır. Bu zaman ona yeni həyatı yaşamaq üçün yol göstərilir...

Film haqqında
Bu film Lyu Uollesin romanının sayca üçüncü çəkilişidir. Bu əsər buna qədər 1907-ci və 1925-ci illərdə çəkilmişdi.
Film "Metro-Goldwyn-Mayer" kino şirkətini müflisləşməkdən qurtarmalı idi. Və qurtardı da - çəkilişlərə 15 milyon dollar xərclənsə də, 90 milyon dollar gəlir gətirdi.
Prodüser Sem Zimbalist rejissor Uilyam Uaylerə bu filmə görə 1 milyon dollar məbləğində pul vermişdi. O zaman üçün bu məbləğ kinoda əlçatmaz idi.
Filmin kütləvi səhnələrinin çəkilişində 50.000-dən artıq insan iştirak etmişdir. Təkcə 15.000 insan döyüş arabalarının yarış səhnəsində çəkilmişdir.
Filmin çəkilişlərinə 8 ölkədən aktyorlar dəvət olunmuşdu. Lakin üstünlük Avropa kübarlarına verildi.
Lyu Uollesin "Ben-Hur: İsanın hekayəti" əsəri bir neçə dəfə ekranlaşdırılmışdır. Belə ki, Uilyam Uaylerin filmi sayca üçüncü versiya hesab olunur. Filmin ilk versiyası olan "Ben-Hur" 1907-ci ildə rejissor Sidni Olkott tərəfindən çəkilmişdir. İkinci versiyanı - "Ben-Hur: İsanın hekayəti"ni isə 1925-ci ildə rejissor Fred Niblo çəkmişdir. Eyniadlı ("Ben-Hur") dördüncü versiya isə rejissor Stiv Şill tərəfindən çəkilmiş Kanada serialıdır. Bundan başqa "Ben-Hur"un 2003-cü ildə ekranlara çıxmış animasiya filmi də var.

Mükafatlar

1959-cu ilin "Oskar" mükafatı:
Ən yaxşı film
Ən yaxşı rejissorluğa görə – Uilyam Uayler
Ən yaxşı kişi roluna görə – Çarlton Heston
Ən yaxşı ikinci plan kişi roluna görə – Hyu Qriffit
Ən yaxşı operator işinə görə
Ən yaxşı rəssam işinə görə – Uilyam Horninq
Ən yaxşı geyim rəssamı
Ən yaxşı səsə görə
Ən yaxşı xüsusi effektlərə görə
Ən yaxşı montaja görə – Con Danninq, Ralf Uinters
Dram və ya komediya filmlərində ən yaxşı saundtrekə görə

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Lyu Uolles
Ssenari müəllifi : Karl Tanberq
Rejissor : Uilyam Uayler
Operator : Robert Sertis
Rəssamlar : Uilyam Horninq, Edvard Karfano
Bəstəkar : Mikloş Roja
Prodüser : Sem Zimbalist

Rollarda
Çarlton Heston – Ben-Hur
Cek Houkins – Kvint Arri
Haya Hararet – Esfir
Stiven Boyd – Messala
Hyu Qriffit – Şeyx İldırım
Marta Skott – Miriam
Keti O'Donnell – Tirza Bat-Hur
Sem Caffe – Simonid
Finley Kurri
Frenk Trinq – Ponti Pilat
Terens Lonqdon – Druz
Corc Relf
Endri Morell


Tarix: 19.02.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: Filimler
loading...