Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təpələr gözlərə malikdir 2 (film, 2007)

Təpələr gözlərə malikdir 2 (ing. The Hills Have Eyes 2) — 2007-ci ildə Qorxulu filmlər janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyven və oğlu Conatan Kreyvendir.

Məzmun

İlk filmdə iştirak edən bölgə bu filmin də məkanı olaraq işlənməkdədir. Daha əvvəl nüvə sınaqların edildiyi sahə ilk filmdəki ailənin tragediyası sonrası tamamilə boşaldılmışdır. Ancaq axtarış və idarə işləri üçün kiçik bir elmi və əsgəri qrup burada vəzifəyə davam etməkdədir. Alimlər Nyu-Meksikada mutant varlıqların heç birini tapa bilmirlər.

Film ilk filmdən dost olan mutantların əsir götürdükləri insandan uşaq sahibi olmalarının görünüşləri ilə başlayır. Qanlı doğum görünüşləri sonrası bir qrup əsgərin Əfqanıstan dekorasiyalı mühitdə etdikləri manevr görünüşləri gəlir. Daha sonra bu əsgərlər iş məqsədi ilə sərt bir liderliyində məşhur səhraya gedirlər.

Səhra vardıqlarında buradakı düşərgəçi qrupu tapa bilməyən əsgərlərin böyük qismi onlardan bir işarə tapma ümidi ilə təpələrin arasına axtarışa çıxar. Düşərgə yerində biri kişi biri qadın vardır.

Dərhal sonra klassik qorxu formatı başlayır. Sırayla öldürülən gənc əsgərlər "görəsən sonrakı kim olacaq?" sualını da özü ilə gətirir. Sonda yalnız üç adam xilas olmuş digərləri vəhşicə öldürülmüşdür. Mutantlar kişiləri öldürüb qadınları uşaq sahibi olmaq üçün saxlayırlar. Bir mutantın qaçırdığı qadın əsgərə təcavüz etmiş, amma əsgər yoldaşları tərəfindən qurtarılmış mutant isə öldürülmüşdür.


Tarix: 19.02.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Filimler
loading...