beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Küp (film, 1970)

"Küp" (gürc. ქვევრი) — rejissor İrakli Kvirikadzenin filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda
3 Xarici keçidlər
3.1 Video
3.1.1 İzlə


Məzmun

Qogiya çaxır məhsulu almaq üçün kəndə böyük bir küp alaraq qayıdıb. Onun qızı küpü maşının yük yerindən təkbaşına çıxarmaq istəyəndə onu tuta bilmir və əlindən yerə düşür. Küpün bir hissəsi qırılır. Bundan sonra Qogiya bu işlərin ustası olan Abesalomun köməyinə müraciət etməyə məcbur olur.

Dəvət olunmuş mahir usta böyük küpün içində girib qopan və çatlayan yerləri təmir etməyə başlayır. İşini qurtarandan sonra usta həmişəki kimi küpün boğaz hissəsindən çıxmaq istəyir. Amma küp Meqreliyadan idi. Belə küplərin isə boğaz hissəsi çox dar olur.

Qogiya uğursuzluğa düşmüş ustanı oradan çıxmağa inandırır. Lakin heç bir cəhd arzu olunan nəticəni vermir. Sahə milisi gəlib çıxır. O da heç bir çıxış yolu göstərə bilmir. Onlar ağıllı kiminsə gələcəyinə ümid edərək bazar ertəsinə qədər gözləmək qərarına gəlirlər.

Dostlar zavallı ustaya şam yeməyi və bir qədər çaxır gətirirlər ki, vaxt tez keçsin. Bu, ev sahibinin xoşuna gəlmir. Ancaq o da hamı kimi bu vəziyyətdən çıxış yolu tapılana qədər səbrlə gözləməlidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Luici Pirandello
Ssenari müəllifi : Revaz Qabriadze
Rejissor : İrakli Kvirikadze
Operator : Lomer Axvlediani
Rəssam : Xristesi Lebanidze
Bəstəkar : Giya Kançeli
Səs operatoru : Levan Kişnişev
Rejissor assistenti : Liya Qogeliya
Operator assistentləri : Zaza Qudavadze, İqor Kreps
Redaktor : Amiran Çiçinadze
Filmin direktoru : Tamaz Keşelava

Rollarda
Buxuti Zakariadze – Qogiya
Vaxtanq Sulakvelidze – Abesalom
Genrieta Lejava – Maro
Erosi Mancqaladze
Givi Berikaşvili
Otar Zautaşvili – sahə müvəkkili
İlya Bakakuri
L. Soxaşvili
M. Kandelaki
L. Zardiaşvili


Tarix: 22.02.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Filimler