Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ögey ana (film, 1958)

Məzmun
Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın mənzərəli dağ kəndlərindən birində cərəyan edir.

Festivallar və mükafatlar
1)1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı
Film Üçüncü Mükafat almışdır.

Film haqqında
Film aktrisa Nəsibə Zeynalovanın kinoda ilk böyük işidir.
Filmdə Cəmilə ilə İsmayıl çayı keçərkən ikisi də suya düşürlər. Bu səhnə oktyabr ayında çəkildiyindən hər iki aktyor soyuqlayıb qızdırmışdı.
Cəmilənin otağına yarasa girməsi səhnəsinin çəkilişlərində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə etmişdilər.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Həbib İsmayılov, Anna Yan
Quruluşçu rejissor : Həbib İsmayılov
Quruluşçu operator : Xan Babayev
Quruluşçu rəssam : Elbəy Rzaquliyev, Məmməd Hüseynov
Bəstəkar : Tofiq Quliyev
Səs operatoru : İlya Ozerski
Mahnıların Mətni : Zeynal Cabbarzadə
Rejissor : Məmməd Əlili
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Quraşdırılmış səhnələrin operatoru : Sergey Klyuçevski
Çalır : Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor : Tofiq Quliyev
Filmin direktoru : V. Krutikov
Mahnı İfa edən : Şövkət Ələkbərova
Rejissor assistenti : Ramiz Əliyev

Rollarda

Nəcibə Məlikova-Dilarə
Fateh Fətullayev-Arif
Həqiqət Rzayeva-Qəmər
Ceyhun Şərifov-Dadaş
Əzizə Məmmədova-Solmaz
Hacımurad Yegizarov-Ayaz
Ələsgər Ələkbərov-Hüseyn dayı
Nəsibə Zeynalova-Fatmanisə
Şəfiqə Qasımova-Zeynəb
Ceyhun Mirzəyev-İsmayıl
Sevinc Axundova-Cəmilə
Fərhad Bakıxanov-Səməd
Əli Qurbanov-Qurbanəli
A. Əzimova
S. Mirsadıqova
Ələkbər Hüseynzadə-Ayazın atası
Əkbər Fərzəliyev-Fəhlə
A. Hüseynov
Fazil Salayev-Kənd sakini (titrlərdə yoxdur)
Dadaş Kazımov-Rəngsaz (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Hökümə Qurbanova-Dilarə (Nəcibə Məlikova) (titrlərdə yoxdur)
Məmmədrza Şeyxzamanov-Hüseyn dayı (Ələsgər Ələkbərov) (titrlərdə yoxdur)


Tarix: 16.02.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Filimler
loading...