beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşdə məhəbbət macərası (film, 1977)

"İşdə məhəbbət macərası" (rus. Служебный роман) — rejissor Eldar Ryazanovun filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Hadisə 1970-ci illərdə Moskvada baş verir. Baş qəhrəmanlar – Anatoli Yefremoviç Novosilsev və Lüdmila Prokofyevna Kaluginadır. Novosilsev tipik işçidir. Onun 2 oğlu var. Arvadı ondan ayrılıb. O, həmişə iş yerinə avtobusla gəlir. Kalugina Anatoli Yefremoviçin çalışdığı iş yerinin direktorudur. Onun "Volqa"sı və şəxsi sürücüsü var. Lakin qadın tək-tənhadır və şəxsi həyatda uğursuzluğa düçar olub. Ona görə də bütün diqqətini yalnız işə yönəldib.

Novosilsevin iş yoldaşı və rəfiqəsi Olqa Petrovna Rıjova ona təkan vermək istəyir ki, şöbənin rəisi olsun. Çünki bu iş yeri hələ ki, boşdur. Olqa Petrovnanın institut illərində görüşdüyü Yuri Samoxvalov gözlənilmədən direktorun müavini vəzifəsinə təyin olunur. Onlar üçü də (Novosilsev, Samoxvalov və Olqa) institutda bir qrupda oxuyublar. Öz dostu ilə görüşən Samaxvalov Novosilsevi vəzifə baxımından irəli çəkməyə çalışır. Lakin onun bütün cəhdləri boşa çıxır.

Lüdmila Prokofyevna olduqca işinə bağlı bir adamdır. Onun başı işə o qədər qarışıb ki, hətta özü barədə düşünməyi də unudub. Lüdmila Prokofyevna Novosilsevdə süstlük və təşəbbüssüzlük müşahidə edir. Lakin insafən demək lazımdır ki, Novosilsevin yaşı indiki vəzifəsi üçün çoxdan keçmişdi. Samoxvalov Novosilsevə ciddi iş xanımını yüngülcə ələ almağı təklif edir. Belə olduğu halda Novosilsev iş yerində irəli vəzifələrə keçə bilərdi. Samoxvalov iş yerindən hamını öz evinə qonaqlığa dəvət edir. Bu qonaqlıq zamanı Novosilsevin bütün cəhdləri boşa çıxır.

Filmin sonrakı gedişində Novosilsev Kaluginanı ələ almaq üçün son cəhdlərini edir. Bu cəhdləri Novosilsev vəzifə xatirinə etsə də, bir gün onda Kaluginaya həqiqi məhəbbət hissləri baş qaldırmağa başlayır. Məhəbbət bu filmin əsasını təşkil edir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Emil Braginski, Eldar Ryazanov
Quruluşçu rejissor : Eldar Ryazanov
Operator : Vladimir Naxabsev
Rəssam : Aleksandr Borisov, Sergey Voronkov
Bəstəkar : Andrey Petrov

Rollarda
Alisa Freyndlix – Lüdmila Prokofyevna Kalugina
Andrey Myaqkov – Anatoli Yefremoviç Novosilsev
Svetlana Nemolyayeva – Olqa
Oleq Basilaşvili – Samoxvalov
Liya Əhədcaqova – katibə Vera
Lüdmila İvanova – Şura
Nelli Pşennaya – Samoxvalovun arvadı
Georgi Burkov
Mariya Vinoqradova
Olesya İvanova
Aleksandr Fatyuşin – Vsevolod
Eldar Ryazanov – avtobus sərnişini


Tarix: 22.02.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 681 Bölmə: Filimler