beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cincer və Fred (film, 1986)

Məzmun

1950-ci illərdə rəqqaslar Ameliya Bonetti və Pino Botiçelli səhnədə sevilən duetlərlə çıxış etmişdirlər. Onlar özlərinə əfsanəvi Hollivud step rəqqasları Cincer Rocers və Fred Asterin təxəllüslərini götürmüşdülər.

Bu hadisələrdən 30 il keçmişdir. Keçmiş tərəf-müqabillər bir-birilərindən çoxdan uzaqlaşıblar. Hərəsi öz şəxsi həyatını yaşayır. Lakin onlara cavanlıqlarında olan müvəffəqiyyətlərini bir daha yoxlamaq qismət olmamışdır. Elə bu vaxt onlara gözlənilməz şans verilir. Amelio və Pino Yeni İl bayramına həsr olunmuş televiziya şousunda çıxış etməyə dəvət olunurlar. Lakin illər keçib və ayaqları onların sözünə baxmır. Buna baxmayaraq onlar özlərini toplayıb səhnəyə çıxmalıdırlar. Tamaşa zamanı Pino yıxılır, amma tərəf-müqabilinin dəstəyi ilə ayağa qalxır və öz çıxışını tamamlayır.

Film haqqında
Cincer Rocers onun adından icazəsiz istifadə edildiyi üçün Federiko Fellinini məhkəməyə verməyə hazırlaşırdı.

Mükafatlar və nominasiyalar

Mükafatlar

1986-cı ilin "Devid di Donatello" mükafatı:
Ən yaxşı aktyor – Marçello Mastroyanni
Ən yaxşı geyim dizaynı – Danilo Donati
Ən yaxşı musiqi – Nikola Piovani
"Rene Kler" adına mükafat – Federiko Fellini

1986-cı ilin İtaliya kinojurnalistlərinin Milli sindikatının "Gümüş lent" mükafatı:
Ən yaxşı aktyor – Marçello Mastroyanni
Ən yaxşı aktrisa – Cülyetta Mazina
Ən yaxşı geyim dizaynı – Danilo Donati
Ən yaxşı rəssam – Dante Feretti

1986-cı ilin Moskva kinofestivalı:
Qran-Pri – Federiko Fellini

Nominasiyalar

1987-ci ilin "BAFTA" mükafatı:
Xarici dildə ən yaxşı filmə görə – Federiko Fellini, Alberto Qrimaldi

1987-ci ilin "Qızıl Qlobus" mükafatı:
Xarici dildə ən yaxşı filmə görə

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Federiko Fellini, Tonino Querra, Tullio Pinelli
Rejissor : Federiko Fellini
Operatorlar : Tonino Delli Kolli, Ennio Qvarniyeri
Rəssam : Dante Feretti
Bəstəkar : Nikola Piovani
Prodüser : Alberto Qrimaldi

Rollarda
Cülyetta Mazina – Ameliya Bonetti ("Cincer")
Marçello Mastroyanni – Pino Botiçello ("Fred")
Franko Fabrisi – şounun aparıcısı
Frederik Ledebur – admiral Aulenti
Auqusto Pedorosi
Martin Mariya Blau – rejissor köməkçisi
Jak Anri Lartiq – Cerolamonun qardaşı
Toto Minyone – Toto
Esio Marano
Antuan Sen Jan
Fridrix Tun
Antonio Yuorio
Barbara Skoppa
Elizabetta Flümeri
Salvatore Billa
Caynestra Spinola
Stefaniya Marini
Françesko Kasale


Tarix: 22.02.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Filimler