beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əgər sabah açılsa

Əgər sabah açılsa (ing. If Tomorrow Comes) - 3 seriyadan ibarət mini-serialdır.[1] 1986-cı ildə ABŞ yazıçısı Sidni Şeldonun eyni adlı romanı əsasında çəkilmişdir.[2] Baş rolları Medolin Smit Osborn, Tom Berencer, Liam Nison və Devid Keyt ifa edir. Filmin rejissoru və prodüserlərindən biri 1983-cü ildə çəkdiyi "Rəhbərlər" adlı mini-seriyalı bədii televiziya filminə görə Emmi mükafatıına layiq görülən ABŞ rejissoru Cerri Londondur. "Əgər sabah açılsa" mini-serialı Cerri Londonun rejissorluq və prodüserlik etdiyi "Rəhbərlər" mini-serialından sonra ən yaxşı filmidir. Treysi Uotni rolunu ifa edən Medolin Smit-Osborn bu filmdən əvvəl digər filmlərdə epizodik rollarda çıxış etmişdir. Bu film onun ilk baş rolda çəkildiyi filmdir. Filmin musiqisini İngilis bəstəkarı Nik Bikat bəstələmişdir. Andre Trenyan adlı psixopat detektiv olan "Deniel Kuper" rolunu Devid Keyt ifa edir. Filmdə Treysinin ilk sevgilisi Çarlz Stenhoup rolunu Con Loflin, ona oğurluqda kömək edən Ceff Stivens rolunu isə Tom Berencer ifa edir. "Əgər sabah açılsa" filmində mafiya bandası tərəfindən həbsxanaya atılan, lakin buna baxmayaraq başına gələcəyi bütün bu hadisələrin üstəsindən gələn Treysinin həyatından danışılır.[3] Azərbaycanda isə ilk dəfə "Əgər sabah açılsa" filmi ANS TV kanalında göstərilmişdir.Mündəricat
1 Məzmun
2 Rollarda
3 Seçilmiş sitatlar
4 Saundtreklər
5 Ölkələrdə adı və çıxış tarixi
6 Dünya kanallarında
7 Resenziya
8 Maraqlı faktlar
9 Ədəbiyyat
10 İstinadlar
11 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Əsərin baş qəhrəmanı olan Treysi Uitni Filadelfiya Bankında Ey-Bi-Em Operatoru işləyən gənc, gözəl və ağıllı qadındır. Bu əhvalat Treysi Uitni ilə Yeni Orleanda yaşayan, vəfat edən həyat yoldaşının biznesinin qeydinə qalan anası Doris Uitninin telefon xətti danışığında baş verir. Treysi anasına biznesmen olan III Çarlz Stenhoupla ailə həyatı quracağı haqqında danışır. Doris Treysi ilə görüşdükdən sonra qəflətən özünə sui-qəsd edir. Bundan xəbər xəbər tutan Yeni Orleanın Polis Leytenantı dərhal dəlil tapmağa çalışır. Treysi anasının hansı səbəbdən ölməsi xəbərini alır. Treyso öyrənir ki, Co Romano Yeni Orleanda mafiya bandası başçısı Antoni Orsattinin baş köməkçisidir. Məhkəmə zamanı Doris ona dələduzluq edən Ortassini mühakimə etmək üçün pulu qalmamışdı. Bu səbəbdən Treysinin anası özünə sui-qəsd edir.

Treysi Romanoya qarşı artıq kini vardır. O, Romanın bu işdə əli olduğunu, məhz onun dili ilə söyləməsinə səy göstərir. Treysi bu səbəbdən silahlar almağa başlayır ki, Romanonu bununla qorxuda bilsin. O, Romanonun evinə gəlir. Romano ona içməyi təklif edir. Treysi Romanoya tapança çəkərək, onun həqiqətən bu işdə əli olduğunu yazmağı məcbur edir. Lakin Romano onun əlindən silahı alaraq, hücum edir. Uzun müddət mübarizədən sonra atəş açılır. Treysi qorxu içindədir. Ona görə ki, atəş açılan zaman güllə Romanoya dəymişdir. Artıq Romano ölmüşdür. Treysi isə dəhşət içindədir. Treysi dərhal xəstəxanaya zəng vurur. Zəng vurduqdan sonra Treysi Aeroporta qaçmağa başlayır. Lakin Treysi qaça bilmir. Onu iki polis işçisi həbs edir.

Treysi öyrənir ki, Romano hələ də sağdır. Atəş açılan zaman güllədən ağır yaralanmışdır. Məhkəmə zamanı Tresini mühakimə etməyə başlayırlar. Vəkillər Treysini qətlə əl atmasını və qətl törədilən zaman şəkilin oğurlanmasını söyləyirlər. Treysinin vəkili Perri Poup (mafiya bandasına işləyir) adında vəkil olur. Perri Poup Treysiyə deyir ki, hakim Lourens (mafiya bandasına işləyir) qarşısında günahkar olduğunu qəbul etsin. Həmçinin, Poup ona inandırır ki, həbs cəzası cəmi üç ay olacaq. Treysi başa düşür ki, Perri Poup və Lourens mafiyanın banda başçısı Antoni Orsattiyə işləyirlər. Antoni Orsatti və Co Romano Treysini məhv etməyi planlaşdırıblar. Treysiyə məhkəmə zamanı 15 il həbs cəzası təyin edirlər. Treysi Cənubi Luiziana ştatında yerləşən qadınlar üçün həbsxanaya göndərilir. Niaşnlısı Çarlz ona heç bir şans vermir və onu hələ doğulmamış uşağı ilə birgə atır. Treysi çətin həbsxana həyatı keçirməyə başlayır. Treysi özünə söz verir ki, özünə və anasına zərər verən insanların hamısından qisas alacaq. Məhz bu sitatdan da kitabın adı götürülüb. Haradakı, Treysi onlardan qisas alacaq, əgər sabah açılsa:“O onları hesab verməyə məcbur edəcək ... O, səhər düşündü. Əgər sabah açılsa”



Nəhayət, Treysinin əlinə yaxşı bir fürsət düşdü. O, həbsxana nəzarətçisinin qızını xilas edir. Xilas etdikdən sonra Treysi balaca qıza dayəlik etməyə başlayır. Bu da onun həbsxanadan çıxmasına səbəb olur. Treysi həbsxanadan çıxan zaman Co Romano, Perri Poup və hakim Lourens bərk təəccüblənirlər.

Treysi Nyu-Yorkda iş tapa bilmir. Bu səbəbdən oğurluq edir. Buna Treysiyə Ceff Stivens kömək edir. Ceff Stivens məharətli dələduz və oğrudur. Stivens Treysidən qiymətli daşını oğurlayır. Bunun əksinə gedərək Treysi ondan qiymətli daşını geri götürür. Bundan sonra Treysi Böyük Britaniyaya yola düşür. Lakin onun izinə Hünter Hartoq düşmüşdür. Hünter isə psixi xəstədir. O, balaca olan vaxtı anasını başqası ilə birlikdə görür. Bu səbəbdən anasını bıçaqla öldürür. Buna görə də, psixi pozğunluq yaşayır.

Treysi muzeylərdən qiymətli daşlar, şəkilləri və başqalarını oğurlamağı planlaşdırır. Burada Treysi Ceff ilə yenidən görüşür. Bir neçə müddət keçdikdən sonra onların əlinə çoxlu pullar keçir. Bu hadisədən sonra Treysi və Ceff birlikdə yaşamağa, həmçinin, ailə həyatı qurmağı Braziliyada planlaşdırırlar. Hünter Hartoq onların izinə düşməsinə baxmayaraq, başqa polislərlə bərabər Treysi ilə Ceffi tuta bilmir. Lakin qısa müddətdən sonra Hünten Treysini tapır. Bu zaman onlar arasında mübarizə gedir. Mübarizənin sonunda Ceff özünü otağa çatdıraraq, Hünterin başından zərbə vurur. Hünter yarı huş halda qalır. Treysi və Ceff bu hadisədən sonra qanundan kənar iş görməyərək Braziliyaya getməyə və həmin ölkədə evlənməyə hazırlaşırlar. Filmin sonunda onların bir-birinə daha heç bir vaxt oğurlamacaqlar demələrinə baxmayaraq, Treysi yenidən oğurluq planı hazırlayır.

RollardaMedolin Smit Osborn — Treysi Uitni
Tom Berencer — Ceff Stivens
Liam Nison — Andre Trenyan
Devid Keyt — Deniel Kuper
Piter Birl — Komissar Uilyams
Kerol Paunder — Ernetin LittlçepRiçard Killi — Hünter Hartoq
Culian Hellouey — Trevor
Elis Hörson — Xanım Stenhoup
Ceyms Rey— Cənab Stenhoup
Leyn Smit— Həbsxananın rəhbəri Brenniqen
Sendi Martin — QledisPiter Benks — Konrad Morqan
Çip Arnold — Lester
Maykl Odli — hakim Lourens
Enn Şedin — Şarlotta
Corc Beyker — Maksimilian Pyerpoynt
Con Loflin — Çarlz Stenhoup


Seçilmiş sitatlar
She was going to make them pay… Tomorrow, she thought. If tomorrow comes (azərb. O onları hesab verməyə məcbur edəcək ... O, səhər düşündü. Əgər sabah açılsa)
The excitement is in the chase (azərb. Həyəcan təqibdədir)

Saundtreklər

Filmin ilk saundtrek albomu 1986-ci ildə[4] istehsal edilmişdir. Albomdakı bütün treklərin bəstəkarı Nik Bikatdır. Albomda onun tərəfindən bəstələnən filmin giriş mahnısı olan "If Tomorrow Comes Theme" treki xüsusilə seçilir. Albom 11 treki ehtiva edir.[5]№AdıMüddəti
1.«Tracy Does Tai Chi»2:52
2.«The Chase»2:50
3.«Jeff»3:25
4.«Prison»4:32
5.«Cooper's Madness»2:01
6.«Prison Breakout»3:33
7.«USA-USSR Chess Match»4:24
8.«Arrival in London»2:57
9.«Laser Robbery»4:32
10.«Train Robbery»2:21
11.«If Tomorrow Comes Theme»2:57


Ölkələrdə adı və çıxış tarixi

Filmin çəkilişi 1985-ci ilin sonuna kimi davam etmişdir. Orijinal roman 1985-ci ildə dərc edilmişdir. "Əgər sabah açılsa" filminin ilk çıxış tarixi 16 Mart 1986-ci il tarixində baş tutmuşdur.[6] Filmin davam etmə müddəti Böyük Britaniya versiyasına görə 304 dəqiqədir. Daha sonra filmin çıxış tarixi 13 May 1989-ci il tarixində İsveçdə baş tutmuşdur.[7] İsveç dilində filmin adı "Tracys hämnd", yəni "Treysinin qətli" kimi səslənir. "Əgər sabah açılsa" filmi bir çox dünya ölkələrinin efirlərində göstərilmişdir. Rusiyanın "HTB" kanalında bir neçə il bir-birinin ardınca filmin bütün seriyaları verilmişdir. Azərbaycanda isə ilk dəfə "Əgər sabah açılsa" filmi ANS TV kanalında hər gün bir seriya olmaq şərtilə bir neçə dəfə göstərilmişdir.ÖlkəDilAdıÇıxış tarixi
ABŞİngilis diliIf Tomorrow Comes16 Mart 1986
AlmaniyaAlman diliRache ist ein süßes WortRəsmi çıxış tarixi yoxdur
AzərbaycanAzərbaycan diliƏgər sabah açılsaRəsmi çıxış tarixi yoxdur
Avstraliyaİngilis diliSidney Sheldon's If Tomorrow ComesRəsmi çıxış tarixi yoxdur
BraziliyaPortuqal diliSe Houver AmanhãRəsmi çıxış tarixi yoxdur
Böyük Britaniyaİngilis diliIf Tomorrow ComesRəsmi çıxış tarixi yoxdur
İspaniyaİspan diliSi hubiera un mañanaRəsmi çıxış tarixi yoxdur
İsveçİsveç diliTracys hämnd13 May 1989
FransaFransız diliLes diamants de la vengeance və ya Si c'était demainRəsmi çıxış tarixi yoxdur
PortuqaliyaPortuqal diliSe o Amanhã ChegarRəsmi çıxış tarixi yoxdur
PolşaPolyak diliJesli nadejdzie jutroRəsmi çıxış tarixi yoxdur
RusiyaRus diliЕсли наступит завтраRəsmi çıxış tarixi yoxdur
FinlandiyaFin diliJos huominen tuleeRəsmi çıxış tarixi yoxdur
DanimarkaDanimarka diliListetyv på høje hæleRəsmi çıxış tarixi yoxdur
YunanıstanYunan diliAn to avrio ertheiRəsmi çıxış tarixi yoxdur


Dünya kanallarında

"Əgər sabah açılsa" mini-serialı 1 mövsümdən ibarət 3 uzun metrajlı filmlərdən ibarətdir. İlk dəfə 15 Mart 1986-cı ildə ABŞ-ın "CBS" kanalında göstərilmişdir. Mini-serial 1996-cı ildə Fransanın "M6" və "Téva" kanallarında efirə verilmişdir. Fransada DVD-də "Koba Films Video" tərəfindən hazırlanaraq buraxılmışdır. İsveçdə DVD-də 8 Oktyabr 2008-ci ildə satışa çıxarılmışdır.[8] Mini-serial Rusiyada "HTB" kanalında bir neçə dəfə göstərilmişdir. Azərbaycanda isə mini-serial ANS TV kanalında yayımlanmışdır.

Resenziya

Film bir çox saytlarda olduqca böyük resenziya qazanmışdır. Imdb.com saytında 7.60[9], Kinopoisk.ru saytında 8.580, Rotten Tomatoes saytında isə 62 faiz səs toplamışdır.[10]

Maraqlı faktlar
Filmin sonunda Treysi Sidni Şeldonun "Maskasız sima" (ing. The Naked Face) əsərini oxuyur.
Film səhnələrin birində "Geri gələcəyə" (ing. Back to the future) və "Yaradan" (ing. Creator) filmlərinin afişaları göstərilir. Bu filmlər 1985-ci ildə çəkilmişdir.

Ədəbiyyat
Sheldon, Sidney. "If Tomorrow Comes"


Tarix: 21.02.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Filimler