beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabrina (film, 1954)

"Sabrina" (ing. Sabrina) — rejissor Billi Uaylderin filmi.Mündəricat
1 Məzmun
2 Mükafatlar
2.1 1955-ci ilin "Oskar" mükafatı:
2.2 1955-ci ilin "Qızıl qlobus" mükafatı:
2.3 1954-cü ilin ABŞ kinotənqidçi şurasının milli mükafatı:
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Filmin əvvəli hekayənin ənənəvi başlanğıcı kimi verilir. Lonq-Aylendin cənub sahilində gözəl malikanədə milyonçu Lerrabi ailəsi yaşayır: ata, ana və iki oğul. Onlardan böyüyü ağıllı Laynus, kiçiyi isə ailənin sürücüsünün gənc qızına vurulmuş Deviddir. Qızını "sevgi xəstəliyi"ndən qurtarmaq üçün atası onu Parisə aşpazlıq məktəbinə oxumağa göndərir.

Bir neçə il sonra o, evə incə, zərif, mədəni bir gözəl kimi qayıdır. Bu illər ərzində onun hissləri keçməyib. İndi isə artıq Devid də qızı sevir. Pis oğulun uğurlu evliliyi hesabına biznesin ailəlikcə genişləndirilməsi planı təhlükə altındadır. Böyük qardaş mərdliklə zərbəni öz üzərinə götürməyə və arzu etmədiyi qızın qayğısına qalmağa hazırdır.

Mükafatlar

1955-ci ilin "Oskar" mükafatı:
Ən yaxşı kostyumlara görə – Edit Hed

1955-ci ilin "Qızıl qlobus" mükafatı:
Ən yaxşı ssenari – Billi Uaylder, Semuel Teylor, Ernest Leman

1954-cü ilin ABŞ kinotənqidçi şurasının milli mükafatı:
İkinci planda ən yaxşı aktyor – Con Uilyams

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Billi Uaylder, Semuel Teylor, Ernest Leman
Rejissor : Billi Uaylder
Operator : Çarlz Lanq
Bəstəkar : Fridrix Hollander
Prodüser : Billi Uaylder

Rollarda
Odri Hepbern – Sabrina Feyrçayld
Hamfri Boqart – Laynus Lerrabi
Uilyam Holden – Devid Lerrabi
Uolter Hempden – Oliver Lerrabi
Con Uilyams – Tomas Feyrçayld
Marta Hayer – Elizabet
Ellen Korbi – miss MakKardl
Nella Uoker – Mod Perrabi


Tarix: 19.02.2013 / 21:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 335 Bölmə: Filimler