beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Masqaraçını öldürmək (film, 1962)

Masqaraçını öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi.Mündəricat
1 Məzmunu
2 Film haqqında
3 Rollarda
4 Xarici keçidlər


Məzmunu

Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı?

Film haqqında

1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Malliqan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b. çəkilmişdir. 8 Oskar nominasiyasından 3-nü qazanan film əfsanəvi aktyor Qreqori Pekə “Ən Yaxşı Aktyor” kimi ilk və yeganə Oskarını qazandırdı. Amerika Film İnstitutunun (AFİ)“Bütün Dövrlərin 100 Ən Yaxşı Filmi” siyahısında bu film 21-ci pillədədir. AFİ-nin tərtib etdiyi “100 Ən Yaxşı Kino Qəhrəman” siyahısında Qreqori Pekin canlandırdığı Attikus Finç 1-ci pillədə qərarlaşıb. Qeyd edək ki, bu siyahıda 2-ci pillədə Harrison Fordun yaratdığı İndiana Cons, 3-cü pillədə isə Şon Konnerinin yaratdığı Ceyms Bond obrazıdır.

RollardaAktyor/AktrisaRolu
Qreqori PekAtticus Finch
Con MegnaCharles Baker 'Dill' Harris
Frank OvertonŞerif Heck Tate
Rosemary MurphyMaudie Atkinson
Ruth ViteMrs. Dubose
Brock PetersTom Robinson
Estelle EvansCalpurnia
Robert DuvallArthur 'Boo' Radley
Mary BadhamScout (Finch)
Phillip AlfordJem (Finch)


Tarix: 19.02.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Filimler