beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təpələr gözlərə malikdir 2 (film, 1985)

Təpələr gözlərə malikdir 2 (ing. The Hills Have Eyes 2) — 1985-ci ildə Qorxulu filmlər janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir.

Məzmun

Cavan qrup heyəti idmana getməyə hazırlaşırlar. Onlar yolda olan zaman səhralıqda bir fermanın olduğunu görürlər. Getdikcə heyət başa düşür ki, onların arxalarıyca kimsə izləyir. Bir müddətdən sonra cavanlar bir-bir yoxa çıxmağa başlayır. Sonradan aydın olur ki, onlar müasir sivilizasiyadan xəbəri olmayan hannibal (adam yeyən) tipinə mənsub insanlardılar...

Maraqlı faktlar
Ues Kreyven etiraf edir ki, bu filmi ona pul lazım olduğu üçün çəkmişdir.


Tarix: 19.02.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Filimler