beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qorxunc ölülər (film, 1981)

Qorxunc ölülər – 1981-ci ildə çəkilən ABŞ Qorxulu filmidir.Bu film Belarusiya ölkəsində qadağan olmuşdur. Ona görə ki, filmdə çoxlu qan kadrları vardır. Filmin büdcəsi təxminən 375 min ABŞ dollarıdır.Gəliri isə 24 milyon 400 min ABŞ dollarıdır. Film 2 ilə çəkilmişdir.Filmin rejissoru və ssenaristi Sem Reymidir. Renaissance Pictures və New Line Cinema kompaniyaları tərəfindən istehsal olunmuşdur.Mündəricat
1 Məzmun
2 Rollarda
3 Filmin hazırlanması
4 Dünya ölkələrində senzura
5 Saundtrek
6 Filmin seriyaları
7 Xarici keçidlər


Məzmun

Qorxunc ölülər filmindən kadr

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Miçiqan Universitetinin tələbələri Eşş sevgilisi Linda ilə birlikdə, yanlarına başqa bir cüt Şelli və Skott, həmçinin, yoldaşları Çerilini götürərək, Tennessi meşəsindəki bir daxmaya tətillərini keçirməyə gedirlər. Daxmanın yeraltı keçidində ölülərin kitabı Necronomiconu və bir səs bantı tapırlar. Kitabdakı cadulu sözləri ehtiva edən bu səs bantına qulaq asan zaman köhnə iblisləri oyanırlar.Bir müddət keçdikdənsonra içlərindən bəziləri iblislərin təsiri altına girəcəklər.

Artıq gecə yaxınlaşmağa başlayır.Bayırdan gələn səsi eşidən Çerili daxmadan çıxır. Meşədə ağaclar tərəfindən vəhşicə təcavüzə uğrayır.Daxmaya dönəndən sonra yoldaşlarına bu barədə danışır.Lakin ona heç kim inanmır.Bu daxmanı tərk etmək üçün Eşə söyləyir.Eşş onu evə aparmağa qərar verir.Yola çıxırlar, amma gəldikləri körpünün çevrildiyini görürlər.Onlar daxmaya geri dönürlər.Döndükdən qısa bir müddət sonra Çerili iblisə çevrilir və Lindanın ayaq biləyindən yaralayır.Yoldaşlar Çerilini yeraltı keçiddə bağlı halda saxlayırlar.Pəncərədən gələn görünməyən bir güc tərəfindən, öz otağında iblisə çevrilən Şerili, Skottiyə hücum edir.Eşş ilə Skott onunla mübarizə aparırlar.Onu öldürdükdən sonra Eşş və Skotti ölüsünü bayırda bastırırlar.

Skott meşədən çıxış üçün axtarışa çıxır.Eşş daxmaya dönən zaman yeraltı keçidin açıq olduğunu və Çerilinin qaçdığını görür.Meşədən çıxış yolunu axtaran Skott meşənin gücünə rast gəlir.Bu zaman Skott yaralı vəziyyətdə daxmaya geri dönür və şüurunu itirmədən Eşə meşədən çıxış üçün bir yol tapdığını söyləyir.

Eşş, ayaq biləyindən yaralı Lindanı nəzarət etməyə gedir.Onun da iblisə döndüyünü görür.Lindanı bayıra çıxararaq kürəklə başını bədənindən ayırır.Eşş daxmaya dönən zaman Skottun vəziyyətinin ağır olduğunu görür.Eşş onun yanında olan zaman Skott ölür.Bu zaman Çerili daxmanın pəncərəsini sındıraraq içəri girməyə çalışır.Eşş ona atəş edən zaman onu öldürə bilmir.

Eşş görür ki, artıq Skott də iblisə çevrilmişdir.Skotti və Çerili birlikdə Eşə hücum edirlər.Bu zaman onlar qışqırmağa başlayırlar və bədənlərindən tüstü çıxmağa başlayır.Çünki Ölülər Kitabı alovun yanına düşüb, kənarından yanmağa başlamışdır.Ölülər Kitabının yanmasının iblisləri yox edəcəyini görən Eşş Ölülər Kitabını alovun içinə doğru atır.Ölülər Kitabı yanan zaman iblislər əriyərək yoxa çıxmağa başlayırlar.Onlar yoxa çıxdıqdan qısa bir müddət sonra Günəş doğmağa başlayır.

Bütün yoldaşlar ölmüşdür.Onlardan yalnız Eşş sağ qalmışdır.Eşş daxmadan bayıra çıxır.Bütün bu hadisələrin bitdiyini düşünən Eşş, birdən pis ruhların hücumuna məruz qalır.Bu zaman Eşin qışqırığı eşidilir və film sona yetir. Eşin sağ qalaraq, yenidən daxmada iblislərlə müharibəsi filmin davamı olan Qorxunc ölülər 2 filmində baş verir.Bu film nisbətən qara komediya janrındadır.

Xəbərdarlığın sonu.

RollardaAktyorun adıRolRolun əsl adı
Brüs KempbellEşş Uilyams
Ellen SendueyssŞerili Uilyams
Hell DelrixSkottRiçard Demenikor
Betsi BeykerLinda
Sara YorkŞelliTereza Tilli
Skott ŞpiqelFeyk Şemp


Filmin hazırlanması

Film Tennessi meşəliyində yerləşən tərkedilmiş bir klubda çəkilib. Filmin çəkilişi 2 ilə yaxın davam edti. Çəkiliş müddətində film heyətlərindən və aktyorlarından bəziləri filmi tərk etmişlər. Bu səbəbdən Sem Reymi işi yarıda qoyan aktyorların yerinə dublyorlar və oyuncaqlardan istifadə etmişdir. Filmi əvvəldən axıra kimi oynayan və Sem Reymiyə hörmət bəsləyən aktyorlardan biri Eş personajını canlandıran Brüs Kempbell idi. Filmin DVD-sind'ki açıqlamalara görə Brüs evə qayıdan zaman üzəri film heyətinin istifadə etdiyi qırmızı qana bulanmış halde qayıdırdı.

Dünya ölkələrində senzura

Ehtiva etdiyi vəhşilik səhnələrindən ötrü filmin orijinal versiyası Finlandiya, Almaniya, İslandiya və İrlandiya daxil olmaqla bir neçə ölkədə qadağan edildi. Ağac təcavüzü səhnəsi Almaniyada kimiləri tərəfindən qadın düşmənliyi olaraq təyin olundu.Bəzi vətəndaşlar sayəsində filmin nəşr olunması 10 il boyunca maneə törətdi.Stefan Kinq bu qadağanı tənqid etdi.Şiddət səhnələri böyük nisbətdə çıxardılmış versiya ancaq 1992-ci ildə qanuniləşdi. Filmin tam versiyası 2001-ci ilə qədər Alman DVD bazarında satışa çıxarılmamışdır.Daha sonra 2002-ci ildə Böyük Britaniya və Finlandiyada da 18 yaş xəbərdarlığı qoyularaq qadağan qaldırıldı.

Saundtrek
1. Introduction
2. Eye Games/Charm
3. Bridge Out
4. Rape of the Vines
5. Ascent/Inflection
6. Automatic Writing
7. Skin
8. Give Her the Ax
9. Love Never Dies
10. Kandanian Dagger/Book Burning
11. Dawn of the Evil Dead
12. Not the Shower Curtain
13. Check on You
14. Pencil It In
15. Get the Lantern/Book of the Bead
16. Dawn/Incantation
17. Shotgun
18. Games
19. Cabin/Wounded Melody

Filmin seriyaları
1981 Qorxunc ölülər (film, 1981)
1987 Qorxunc ölülər 2
1993 Qaranlığın ordusu


Tarix: 18.02.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Filimler