Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təxribat (film, 1990)

Məzmun
Filmin qəhrəmanı Zaur(Elxan Cəfərov) Əfqanıstanda öz "beynəlmiləlçilik borcu"nu yerinə yetirib doğma Bakıya qayıdır. O, neftayırma müəssisələrindən birində çalışan atasının(Həsən Məmmədov) həbs olunduğunu eşidəndə həqiqəti aydınlaşdırmağa çalışır...
Hadisələrin sonrakı inkişafı prosesində qəhrəman həqiqəti üzə çıxarmaq naminə apardığı axtarışlar zamanı bir sıra çətinliklərlə qarşılaşmalı olur. Film laqeydlik haqqındadır. Bu, müasir dövrün bəlasıdır. Adamlar bir-birindən uzaqlaşırlar. Münasibətlərdə nəsə anlaşılmazlıqlar yaranıb. Nədir bunların səbəbi? Elə bil əvvəlki yaxınlıq, münasibət ərşə çəkilib. Ümumiyyətlə filmdə süjetlər çoxdur. Müəlliflər bu gün cəmiyyətimizi narahat edən, mənəviyyatımıza toxunan məsələləri ekrana çıxarmağa çalışmışlar.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Eldar Quliyev, Ramiz Fətəliyev
Quruluşçu rejissor : Eldar Quliyev
Quruluşçu operator : Bağır Rəfiyev
Quruluşçu rəssam : Şamil Nəcəfzadə
Bəstəkar : Müslüm Maqomayev
Mahnıların Mətni : Robert Rojdestvenski
Səs operatoru : Nataliya Nuriyeva
Rejissor : Akif Rüstəmov, Süleyman Əhmədov
Operator : Abbas Rzayev (II)
Montaj edən : Tahirə Babayeva
Geyim rəssamı : N. Cəfərova
Qrim rəssamı : Çingiz Paşayev
Rejissor assistenti : A. Əliyev, Nizami Səfərov
Operator assistenti : E. Zeynalov, V. Romanov
Rəssam assistenti : İ. Əliyev
Montaj üzrə assistent : Ş. Əliyeva
İnzibatçı : Vladimir Dudniçenko, Ədalət Yunusov, Ç. Səlimov
Fotoqraf-Rəssam : N. Zəkiyev
İşıq Ustası : Rüstəm Rüstəmov
Redaktor : Dinarə Gərəkməzli(Dinarə Kərəkməzli kimi), Ramiz Rövşən
Kaskadyor : V. Kurbatov, V. Badov, A. Malışev, V. Derkaç
Məsləhətçi : A. Şapovalov (general-leytenant), V. Mamçenko (general-mayor), F. Hüseynov (milis polkovniki)
Çalır : SSRİ Dövlət Teleradio Estrada Simfonik Orkestri
Dirijor : A. Mixaylov
Filmin direktoru : Tələt Rəhmanov

Rollarda
Elxan Cəfərov-Zaur
Arzu Ocaqverdiyev-Səməd
Rita Əmirbəyova-Rəna
Səfurə İbrahimova-Aidə
Yaşar Nuri-Rəhimov
Həsən Məmmədov-Məmmədov
Rasim Balayev-Həsənov
Məmməd Verdiyev-İzahat alan
Vidadi Həsənov-Mayor
Kəmalə Nağıyeva
Ayaz Salayev-Vəkil
Əli Quliyev
Məmməd Məmmədov
Kamil Məhərrəmov
Y. Haşımov
Muxtar Maniyev-Podpolkovnik
E. Budaqova
Q. Atakişiyev
Elmira Aslanova
Lətifə Əliyeva-Lətifə
Fərəc Fərəcov-Qonşu
Nəcibə Behbudova-Qonşu
Bahadur Əliyev-Bahadur
C. Qasımova
Konstantin Artyomov
A. Quliyev
Nuriyyə Əhmədova-Qonşu
Əliqulu Səmədov-Milis işçisi
S. Babayeva
H. Məmmədov
Vidadi Əliyev-Milis işçisi
Təvəkkül İsmayılov
Bəxtiyar Kərimov
R. Qiyasov
A. Pastuşnı
Səidə Quliyeva
İzaməddin Bağırov-Səfil (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Əminə Yusifqızı-Aidə (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
Pərviz Bağırov-Zaur (Elxan Cəfərov) (titrlərdə yoxdur)
Həmidə Ömərova (titrlərdə yoxdur)
Rafiq Əzimov-Vəkil (Ayaz Salayev) (titrlərdə yoxdur)
Fəxrəddin Manafov-əsgər (titrlərdə yoxdur)
Hacı İsmayılov-İzahat alan (Məmməd Verdiyev) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Zaurun dostu (titrlərdə yoxdur)


Tarix: 16.02.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Filimler
loading...