beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yenilməz batalyon (film, 1965)

Məzmun
Burada çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır.

Film haqqında
Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir.
Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir.
Film yazıçı Qılman Musayevin "Qalada Üsyan" romanı əsasında ekranlaşdırılmışdır.
Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər.

Səhvlər
Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Qılman Musayev
Quruluşçu rejissor : Hüseyn Seyidzadə
Operatorlar : Xan Babayev, Rasim İsmayılov
Quruluşçu rəssam : Nadir Zeynalov
Bəstəkar : Cahangir Cahangirov
Səs operatoru : Əziz Şeyxov
Rejissorlar : K. Mravladze, Ramiz Əliyev
İkinci operator : B. Vlasov
Quraşdırılmış səhnələr üzrə operator : Mirzə Mustafayev
Quraşdırılmış səhnələr üzrə rəssam : Mirzə Rəfiyev
Qrim edən : N. Tsitsikaşvili
Geyim üzrə Rəssam : H. Kazımov
Rejissor assistenti : Əşrəf Mamayev
Operator assistentləri : Şərif Şərifov, V. İvaşşenko, Eduard Qalakçiyev
Rəssam assistentləri : Rafiz İsmayılov, M. Səfərəliyev
Montaj edən : A. Filimonova
Redaktor : Nataliya Şneyer
Hərbi Məsləhətçi : M. Veysov (polkovnik)
Çalır : Baş Filmlər İstehsalı İdarəsinin orkestri
Dirijor : Q. Hamburq, Ç. Duqaşov
Filmin direktoru : Nazim Ələkbərov
Mahnı İfa edən : Anatollu Qəniyev("Teymurun Mahnısı")(titrlərdə yoxdur)

Rollarda

Tamilla Ağamirova-Xavər
Vladimir Yemelyanov-Dobrovolski
İsmayıl Osmanlı-Dərzi Yusif
Anatoli Yurçenko-Stepan Lemeşko
Müxlis Cənizadə-Nəriman Tağıyev
M. Orlov-Viktor Alekseyev
İsanbet Prozat-Feyzulla
Valentin Kulik-Qriqori Romanov
Ofeliya Məmmədzadə(Ofeliya Abbasova kimi)-Roza
Mixail Puqovkin-Kolpakov
Ceyhun Mirzəyev-Teymur
Pavel Vinnik-Varlamov
Hüseynağa Sadıqov-Feldfebel
Zoya Çekulayeva-Kolpakova
Yusif Yulduz-Hacı Xeyri
Muxtar Avşarov-Rəsi
Əbdil Cabbar
Eldar Əliyev-Əlimərdanın adamı
Əli Mənsur
Viktor Anisimov
Novruz Axundov-İşçi
Zülfüqar Baratzadə
L. Vereninov
Eduard Qalakçiyev
F. Qafarova
İ. Şapovalov
V. Meşalkin
A. Oxlopkov
M. Pirili
Tələt Rəhmanov-Furqon sahibi
R. Rzayev
Məhluqə Sadıqova(Məhluqə Sadıxova kimi)-Dükan sahibi
Məmməd Sadıqov(Məmməd Sadıxov kimi)-Uryadnik
İ. Xasiyanova
Şamil Mahmudbəyov-Qaçaq Əlimərdan (titrlərdə yoxdur)
Bahadur Əliyev-Rus zabit (titrlərdə yoxdur)
Həsən Məmmədov-Xavərin əri (şəkil) (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Məlik Dadaşov-Rus zabitin səsi (titrlərdə yoxdur)
Həsənağa Turabov-Stepan Lemeşko (Anatoli Yurçenko) (titrlərdə yoxdur)
Əfrasiyab Məmmədov-Viktor Alekseyev (M. Orlov) (titrlərdə yoxdur)
Sofa Bəsirzadə-Xavər (Tamilla Ağamirova) (titrlərdə yoxdur)
Əli Zeynalov-Qriqori Romanov (Valentin Kulik) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Kolpakov (Mixail Puqovkin) (titrlərdə yoxdur)
Kamil Qubuşov-Dobrovolski (Vladimir Yemelyanov) (titrlərdə yoxdur)
Hamlet Xanızadə-Cəzalanmış Motros (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Rus zabit (titrlərdə yoxdur)
Hökümə Qasımova-Kolpakova (Zoya Çekulayeva) (titrlərdə yoxdur)
Süleyman Ələsgərov-Əlimərdan (Şamil Mahmudbəyov) (titrlərdə yoxdur)
Həsən Əbluc-kəndli (titrlərdə yoxdur)


Tarix: 17.02.2013 / 17:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 390 Bölmə: Filimler