beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənim ağ şəhərim (film, 1994)

Məzmun
Ekologiya problemi həm də insan talelərinin problemidir. Çünki ekologiya tək təbiətin çirklənməsi deyil, həm də insan talelərinin məhvidir. İnsanla təbiət ayrılmazdır. Ona görə də insan ətraf mühitin çirklənməsinin qarşısını almalıdır. Filmin leytmotivi belədir.
Filmin mərkəzində iki sevən gəncin faciəli taleyi durur. Sumqayıtın ekoloji mühiti filmdə öz əksini tapmışdır. Sovet hökümətinin süqutundan sonra "yeni dövran"da köhnədən qalmış problemlər hələ də davam edir. Filmdə adı deyilməsə də, Sumqayıt olduğu anlaşılan bu şəhərdə, xüsusilə də zəhərli zavodların yanında yaşayan insanların yeni nəsli şikəst və xəstə olaraq doğulur. Geniş simvolik ifadələrə yer verilən filmdə maraqlı yuxu səhnələri də yer almaqdadır.

Film haqqında
Film rejissor assistenti A. Əliyevin kinoda son işidir.
Filmin titrində şəhərin Xutorunda yaşayan sakinlərə minnətdarlıq edilir və tezliklə yeni mənzillərə köçməyi arzulanır.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Akif Həsənoğlu
Quruluşçu rejissor : Mərahim Fərzəlibəyov
Quruluşçu operator : Ələkbər Murad
Quruluşçu rəssam : Rauf Dadaşov
Bəstəkar : Xəyyam Mirzəzadə
Səs operatoru : Marat İsgəndərov
Rejissor : Akif Rüstəmov
Montaj edən : Esmira İsmayılova
Rejissor Qrupu : A. Əliyev, C. Həsənov, M. Əhmədov
Operator : Elxan Hüseynov
Operator Qrupu : Eldar Məmmədov (II), E. Cabbarov
Geyim üzrə Rəssam : İsmayıl Məmmədov
Qrim üzrə Rəssam : Çingiz Paşayev
İnzibati Qrup : Ədalət Yunusov, N. Zəkiyev, R. Əmiraslanova
Montaj üzrə assistent : Tamilla Muxtarova
Fotoqraf : S. Quliyev
İşıqçı : Akif Rəhimov, Şəmsi Qədirov, E. Muradov
Rəng Tərtibatçısı : Əminə Cəfərova
Səs Texniki : Ağabala Məhərrəmov
Pirotexnik : A. Çernyak
Geyimlər : S. Şaxgəldiyeva
Əlbəsələr : K. Hüseynova
Musiqi redaktoru : Rauf Əliyev(R. Əliyev kimi)
Quraşdırıcı Səhnələrin Operatoru : Həmzə Əhmədoğlu(Həmzə Əhməd kimi)
Məsləhətçi : Cümşüd Kərimov
Redaktor : Rafiq Səməndər
Filmin direktoru : Tələt Rəhmanov
Prodüser(Sponsor) : Akif Zeynalov

Rollarda
Səyavuş Aslan-Murad Muradov
Rafael Dadaşov-Baş mühəndis Aydın
Yaşar Nuri-Mirzəbala
Kamilə Məstanova-Lalə
Kazım Həsənquliyev-Rövşən
Həsən Məmmədov-Mahmud dayı
Amaliya Pənahova-Muradovun arvadı
Eldar Quliyev-Mafiya başçısı
Firəngiz Mütəllimova-Gülnarə
Arif Quliyev-Piri
Kübra Əliyeva-Kübra xanım
Zemfira Əliyeva-Mahmudun arvadı
Səmayə Sadıqova-İradə
Almaz Amanova-Nərgiz
Ehtiram Fərzəlibəyov-Musa
Hacı İsmayılov-Xəstə
Nazir Əliyev-Xəstə
Bəhram Osmanov-Xəstə
Əjdər Həmidov-Muradovun sürücüsü
Kamal Xudaverdiyev-Baş həkim
Elmira Həşimzadə(Elmira Haşımzadə kimi)-Bağça müəlliməsi
Növrəstə Haşımova
Naibə Allahverdiyeva-Kübranın qızı
Məmmədkamal Kazımov-Tramvay sürücüsü
Hüsniyyə Mürvətova-Gülsüm
Fidan Fərzəlibəyova-Fidan
Tələt Rəhmanov-Saunadakı adam
Elnarə Məmmədova
Y. Ağayev
Məzahir Süleymanov-Həkim
Sabir Qurbanov(S. Qurbanov kimi)
E. Əhmədli
E. Ələkbərov
İzaməddin Bağırov
T. Babazadə
Nadir Xasıyev-Sex işçisi
Mayak Kərimov-Tramvay sərnişini
T. Mahmudova
Kamil Məhərrəmov-Tramvay sərnişini
R. Qiyasov
Q. Aslanov
K. Qafarova
N. Zəkiyev
Mərahim Fərzəlibəyov-Tramvay sərnişini
Firəngiz Babayeva-Katibə (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Pərviz Bağırov-Musa (Ehtiram Fərzəlibəyov) (titrlərdə yoxdur)
Rasim Balayev-Mafiya başçısı (Eldar Quliyev) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-Bağça müəlliməsi (titrlərdə yoxdur)

Arxiv kadrlarda iştirak edənlər
Vladimir Lenin (şəkil)
Mixail Qorbaçov (şəkil)


Tarix: 15.02.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 416 Bölmə: Filimler