beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən mahnı qoşuram (film, 1979)

Məzmun
Kənd dəyirmançısının qızı Sona(Olqa Rojdestvenskaya) gözəl mahnılar oxuyur. Bakıdan gələn musiqi müəllimi bu qızı özü ilə şəhərə aparmaq, musiqi məktəbində oxutdurmaq istəyir. Qızın atası(Həsənağa Turabov) isə uşağını həkim görmək arzusundadır. Kənd camaatının təkidi və qızın istəyi ilə nəhayət ata nəinki razılıq verir, hətta uşağını özü Bakıya aparır.

Film haqqında
Filmin azərbaycanca variantının neqativi bərbad halda olduğu üçün Azərbaycan Televiziyasında filmin azəri variantındakı səsləri rus variantına köçürərək filmi bərpa etmişlər.
Film 1-ci kateqoriyaya layiq görülmüşdür.

Festivallar və mükafatlar
1)Film Ümumittifaq Pioner Təşkilatı Mərkəzi Şurasının Fəxri Fərmanına layiq görülmüşdür.

Film haqqında
Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : İbrahim İbrahimov (II), Tofiq İsmayılov
Quruluşçu rejissor : Tofiq İsmayılov
Quruluşçu operator : Zaur Məhərrəmov
Quruluşçu rəssam : Nadir Zeynalov
Bəstəkar : Polad Bülbüloğlu
Montaj edən : Tahirə Babayeva
Rejissor : Pərviz Cəfərov, Ə. Məmmədov
Operator : Ələkbər Muradov
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Qrim rəssamı : A. Rzazadə
Geyim rəssamı : Nailə Cəfərova
Rejissor assistenti : H. Səlimov, Fərid Hümbətov
Operator assistenti : Nemət Rzayev
Rəssam assistenti : T. Hüseynov
Mahnıların Mətni : Onegin Hacıqasımov, İlya Reznik, Fikrət Qoca
Mahnıları İfa edən : Olqa Rojdestvenskaya, Polad Bülbüloğlu, Firəngiz Şərifova
Səs operatoru : Tofiq Babayev, Əsəd Əsədov
Baletmeyster : Əminə Dilbazi
Redaktor : Çingiz Qaryağdı
Filmin direktoru : Gennadi Lapşuk

Rollarda
Olqa Rojdestvenskaya-Sona
Konstantin Dauşvili-Bəhmən dayı
Nəsibə Zeynalova-Nənə
Həsənağa Turabov-Xudayar kişi
Elxan Cəfərov-Nadir
O. Şeyxov-Ramiz
Leyla Bədirbəyli-Nadirin anası
Ağasadıq Gəraybəyli-Abdulla
Niyaz Şərifov
Məmməd Sadıqov-Kənd sakini
Eldəniz Zeynalov-Sədr
Kamil Məhərrəmov-Höcət
A. Hacıyev
Sədaqət Zülfüqarova-Nənə
Rafiq Əzimov-Kənd sakini
Sofa Bəsirzadə-Abdullanın arvadı
Y. Ağayev
Gülşən Qurbanova-Sədrin arvadı
Amaliya Pənahova-Sonanın anası
Səidə Quliyeva-Kənd sakini
Hicran Nəsirova-Leyla
Sadıq Hüseynov-Kənd sakini
Cahangir Aslanoğlu-Toydakı qonaq
Lətifə Əliyeva-Toydakı qonaq

Filmi səsləndirənlər
Əminə Yusifqızı (titrlərdə yoxdur)
Məmmədrza Şeyxzamanov-Bəhmən dayı (Konstantin Dauşvili) (titrlərdə yoxdur)
Rasim Balayev-Sədr (Eldəniz Zeynalov) (titrlərdə yoxdur)
Pərviz Bağırov-Qarabala (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli-Höcət (Kamil Məhərrəmov) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Ramiz (O. Şeyxov) (titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 383 Bölmə: Filimler