beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qatır Məmməd (film, 1974)

Məzmun
Kinolent 1919-1920-ci illərdə Gəncə quberniyasında baş vermiş inqilabi kəndli hərəkatı və onun əfsanəvi başçısı, xalq arasında məşhur olan Qatır Məmməd (əsl adı-Məmməd Əli oğlu Məmmədov) haqqında söhbət açır.

Film haqqında
Film rejissor Rasim Ocaqovun quruluşçu rejissor kimi böyük kinoda ilk işidir.
Film şair Zeynal Xəlilin eyniadlı pyesinin motivləri üzrə çəkilmişdir.
Filmə quruluş vermək işi öncə Hüseyn Seyidzadəyə həvalə edilmişdi. Filmin ssenarisini 1969-cu ildə moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoport yazmışdı. Elə ilk oxunuşdaca Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsiri aydın görmüş və həmin əyər-əskiyi düzəltmək üçün ömrünün bir ilini sərf etmişdi. Müəlliflər də əvvəlcə onunla razılaşdılar, film istehsalata buraxılandan sonra isə daş atıb başlarını tutdular ki, Hüseyn Seyidzadə süjeti tamam dəyişdirib. Kinostudiyanın Bədii Şurası onların xahişi ilə ssenarini müzakirə elədi. Nəticəsi də bu oldu ki, rejissor haqlı çıxdı və ssenaridəki çatışmazlıqlar aşkar oldu. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verildi. Film 450 min rubl məbləği ilə 1973-cü ilin sentyabr ayının 20-dək çəkilib qurtarmalı idi. Bu, yuxarının göstərişi idi. Hüseyn Seyidzadə sınaq çəkilişlərini başa vurdu, əsas rolların ifaçılarını bədii şura təsdiq elədi. 1973-cü ilin martında çəkilişlərə başlayan Hüseyn Seyidzadə ssenariyə öz əlavələrini etməklə çəkilişi başa çatdırırır… Moskvadakı Mərkəzi Bədii Şurası son anda filmin nümayişinə qəti qadağa qoyur və filmin yenidən çəkilməsinə göstəriş verir. Beləliklə, "Qatır Məmməd" Hüseyn Seyidzadədən alınır. Film bir çox rejissora təqdim olunsa da, heç biri yeni çəkilişi öz üzərinə götürmək istəmir. Kinostudiyanın direktoru bir "yanan" filmi şərt əsasında Rasim Ocaqova etibar edir. Şərt belə idi: Əgər Rasim Ocaqov bu filmi çəkib başa çatdıra bilərsə, onda gələcəkdə rejissor kimi film çəkmək imkanı əldə edəcəkdir. Nəhayət ki, bir neçə rejissorun imtina etdiyi "Qatır Məmməd"i o, çox qısa bir müddətə və demək olar ki, yenidən çəkir. Filmin ilk variantında dövlət tərəfindən ayrılan bütün vəsait xərcləndiyi üçün, ikinci variantda yaradıcı heyət qonorarsız çəkilmək əziyyətinə qatlaşmalı oldu… ("Qatır Məmməd: Bir filmin iki çəkilişi", Ekspress qəzeti, 26.06.2003, Ulduzə Qaraqızı).
Film 1-ci kateqoriyaya layiq görülmüşdür.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Zeynal Xəlil (titrlərdə yoxdur)
Ssenari Müəllifi : Mixail Maklyarski, Kirill Rapoport
Quruluşçu rejissor : Rasim Ocaqov
Quruluşçu operator : Teyyub Axundov, Şərif Şərifov
Quruluşçu Rəssam : Nadir Zeynalov, Rafiz İsmayılov
Bəstəkar : Cahangir Cahangirov
Səs operatoru : Vladimir Savin
Rejissor : Tofiq Məmmədov
Montaj edən : Nelli Mahmudova
Geyim rəssamı : Bədurə Əfqanlı
Qrim rəssamı : V. Bereznyakov, V. Arapov
Rejissor assistenti : Vaqif Əsədullayev
Operator assistenti : Amin Novruzov, Rafiq Əmirov
Rəssam assistenti : N. Viçina
Bədii Rəhbər : Şamil Mahmudbəyov
Redaktor : Nataliya Şneyer, Ədhəm Qulubəyov, İntiqam Qasımzadə
Filmin direktoru : Tələt Rəhmanov
Çalır : Ümumittifaq Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor : Yuri Nikolayevski

Rollarda
Şahmar Ələkbərov- Qatır Məmməd
Rasim Balayev- Əziz
Həsən Məmmədov- Səməd
Ələddin Abbasov- Göyüş
Səfurə İbrahimova- Həbibə
Məmmədrza Şeyxzamanov- Qubernator
Olev Eskola- Müller
Anatoli Falkoviç- Skott
Səməndər Rzayev-Əhəd
İsmayıl Dağıstanlı- Fətəli Xan Xoyski
Ramiz Məlikov-Müllerin yavəri
Yusif Vəliyev- Halvaçı
Həsənağa Turabov- Səlimov
Mikayıl Mirzə(Mikayıl Mirzəyev kimi)-Qasım
Rafiq Kərimov
Y. Məmmədxanov
R. Rüstəmov
Əbdül Mahmudov-Bolşevik
Elxan Qasımov
Sadıq Həsənzadə-Kəndli
Hamlet Xanızadə-Bolşevik
Rauf Qəniyev-Yunus
Muxtar Maniyev-Mülki geyimli adam
Muxtar Avşarov-Kəndli
Bahadur Əliyev-Məmmədin adamı
Elxan Ağahüseynoğlu-Mülki geyimli adam
Tariyel Qasımov-Porutçik
Kamil Qubuşov-Sadıq xan
C. Qafarov
Əzizağa Qasımov-Unter
Konstantin Adamov-Fotoqraf
Arif Mədətov-Yeməkxana sahibi
Ənvər Həsənov- Hüquqşünas
Eldəniz Rəsulov-Yeməkxanadakı müştəri
A. Məhərrəmov
Mayak Kərimov-Ofisiant
Mirzəbala Məlikov( titrlərdə yoxdur)
Fərəc Fərəcov-Gimnaziya tələbəsi ( titrlərdə yoxdur)
Sadıq İbrahimov-Səlim ( titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Səməndər Rzayev-Müller (Olev Eskola) (titrlərdə yoxdur)
Kamal Xudaverdiyev-Əhəd (Səməndər Rzayev) (titrlərdə yoxdur)
Hamlet Xanızadə-Yunus (Rauf Qəniyev) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Həbibə (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
Kamil Qubuşov-Skot (Anatoli Falkoviç) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Kəndli (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
Rafiq Əzimov-Kəndli (titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 459 Bölmə: Filimler