beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qala (film, 2008)

Məzmun
Hadisələr təxminən 20-ci əsrin 90-cı illərində baş verir. Filmdə bir qala obrazı var və bu qala bütün hadisələrin şahididir. Dağların arasında ucqar bir kəndin yaxınlığındakı bu qədim qala vaxtilə düşmənlərin hücumuna məruz qalıb. Amma heç vaxt təslim olmayıb.
Kəndə film çəkən qrup gəlir. Burada olan tarixi qala uzun müddət baxımsızlıq ucbatından dağılmış, kənd camaatı onun daşlarını da söküb özləri üçün ev tikmişlər. Ancaq bu insanlar çəkiliş qrupunun bu qalaya göstərdiyi maraq nəticəsində ona münasibətlərini dəyişmişlər. İndi artıq onlar bu qalanı tək abidə kimi yox, həm də xalqın tarixi yaddaşının daşıyıcısı kimi qəbul edirlər.
Düşmənlə sərhəddə yerləşən kənd camaatı hər gün səksəkə içərisindədir. Və bir gün kəndi boşaltmaq lazım gəlir. Çünki düşmən sərhədi keçib, kəndə doğru böyük qüvvə ilə irəliləyir. Hamı kəndi qoyub gedir. Yalnız çəkiliş qrupu üzvlərindən biri kəndi tərk etmək istəmir və həmin qalada qalır. Deyir ki, nə qədər qaçacağıqsa, bizi bir o qədər də qovlayacaqlar.

Film haqqında
Filmin nüsxəsi İranda çıxarılmış, səs yazılma prosesi isə Moskvada həyata keçrilmişdir. "Dolbi stereo" səs sistemi ilə yazılmışdır.
Kütləvi səhnələrdə kənd camaatından istifadə olunub.
Şamil Nəcəfzadə filmin süjetini hələ 1991-ci ildə yazmışdı.

Filmin heyəti

Film üzərində işləyənlər
Quruluşçu rejissor : Şamil Nəcəfzadə
Ssenari müəllifi : Şamil Nəcəfzadə, Ramiz Rövşən
Quruluşçu operator : Kənan Məmmədov
Quruluşçu rəssam : Arif Məhərrəmov, Əziz Məmmədov
Bəstəkar : Cahangir Zülfüqarov
Rejissor : Akif Rüstəmov
Rejissor assistenti : Murad Muradov, , Günel Nəcəfzadə, Natiq Əliyev (II)
Geyim rəssamı : Şahin Həsənov
Qrim rəssamı : Elbrus Vahidov
Prodüser : Xamiz Muradov, Rauf Atamalıbəyov, Timur Vaynşteyn
İcraçı prodüser : Arif Səfərov

Rollarda
Rasim Balayev-Soltan
Firəngiz Mütəllimova-Nazpəri
Sona Mikayılova-Əsli
Qorxmaz Əlili
Məbud Məhərrəmov
Elman Rəfiyev
Məmməd Əlili (II)-Xanbala
Qurban İsmayılov
Rasim Cəfərov
Zümrüd Qasımova
Alyona Zinovyeva
Yuliya Peresild
Vidadi Həsənov
Pərviz Məmmədrzayev-Osman


Tarix: 15.02.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 417 Bölmə: Filimler