beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz (film, 2007)

Məzmun
Filmdə hadisələr 1990-94-cü illərdə baş verir. Filmin süjet xətti İncildəki bir ayədən götürülərək, Qafqaz reallığına, müasir vaxta uyğunlaşdırılmışdır.
Qafqazda müharibə başlayır. 75 yaşlı Mariya(Ada Roqovseva) oğlunu müharibədə itirir. O, gəlini Sofiya(Lyubov Tolkalina) ilə 12 ildir Qafqazda yaşayır. Aclıq başlanan zaman onlar Rusiyaya köçmək istəyirlər. Qadınlar qərara alırlar ki, onlar Moskvaya getməlidirlər. Mariya kiçik itini, Sofiya isə kiçik çemodanını götürüb qatara otururlar və yola düşürlər. Qonşu kupedə fotomüxbir Aleksandr(Andrey Çernışov) da gedir. Sofiya ilə Aleksandr bir-birini sevirlər. Mariya isə Volqoqrad yaxınlığındakı stansiyaların birində başa düşür ki, Qafqazsız yaşaya bilməyəcək. O, Sofiyaya kağız yazıb iti ilə birlikdə qatarı tərk edir...

Film haqqında
2008-ci ildə ilk dəfə olaraq Azərbaycan filmi dünyanın ən nüfuzlu kino mükafatına namizədliyini irəli sürmüşdür. Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatının "Ən yaxşı əcnəbi film" nominasiyasına iddialı olan 63 ölkənin məhsulu arasında Azərbaycan filmi "Qafqaz" da var idi.
"Qafqaz" beynəlxalq standartlara uyğun olaraq, High Definition rəqəmli kinokamera ilə lentə alınıb.
Filmin çəkilişlərinə təxminən 500 min dollar vəsait xərclənib.
Film Fərid Hümbətovun "Qafqaz" əsərinin motivləri əsasında çəkilmişdir
Film Rusiyadakı gəliri 43854 dollar təşkil edir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Fərid Hümbətov
Quruluşçu rejissor : Fərid Hümbətov
Quruluşçu Operatorlar : Yuri Varnovski, Telman Məmmədov və Tərlan Babayev
Bəstəkar : Rauf Əliyev
Trük Quruluşçusu : Əli Məmmədov
Kaskadyor : Əli Məmmədov
Prodüser : Rauf Atamalıbəyov
Səs : Vasili Filatov

Rollarda
Ada Roqovseva-Mariya
Lyubov Tolkalina-Sofya
Andrey Çernışov-Aleksandr
Həmidə Ömərova-Qaraçı qadın
Ənvər Vəliyev
Elmira Şabanova
Elçin Əzizov
Milana Mərdaxanova
Vəfa Zeynalova
Zərnigar Ağakişiyeva
Lamiyə Səlimova-Qaraçı qız
Sadıq Əhmədov
Fuad Osmanov
Nurəddin Mehdixanlı
Şəfiqə Qasımova
Yuri Baliyev


Tarix: 15.02.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 343 Bölmə: Filimler