Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəmi saatının sirri (film, 1983)

Məzmun
Filmin əsas süjet xəttini köhnə gəmi saatı və qiymətli xəzinənin axtarışı ilə əlaqədar məktəbli oğlanın başına gələn əhvalatlar təşkil edir. Əsl səyyah olmağı arzulayan 10 yaşlı Alik(Anar Tağızadə) valideynlərsiz, təkbaşına Kiyevə əmisinin yanına gedir. Oğlan istəyirdi ki, əmisi boşanmağa hazırlaşan valideynlərini barışdırsın. Alik Ukraynanın kiçik şəhərlərindən birində çox adamla tanış olur. Mühəndis Aleksandr İvanoviçin(Nikolay Volkov) evində onun diqqətini köhnə gəmi saatı cəlb edir. Sən demə bu saat təkcə Aliki deyil, qarətçiləri də maraqlandırırmış. Nə üçün? Oğlan gəmi saatının sirrini açır: o, saatın içindən yazılı kağız tapır. Bu kağızda qiymətli daş-qaşların saxlanıldığı yer göstərilirdi. Milis qarətçiləri həbs edir. Gənc səyyahın ardınca valideynləri gəlir. Alikin ailəsində əmin-amanlıq yenidən hökm sürür.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Rüfət Şabanov
Quruluşçu operator : Nikolay Juravlyov
Quruluşçu rəssam : Georgi Prokopets
Bəstəkar : Leonid Vaynşteyn
Mahnıların Mətni : Aleksandr Vrataryov
Rejissor : İ. Vetrov
Operator : V. Ponomaryov, A. Çyornıy
Səs operatoru : Q. Paraxnikov
Montaj edən : T. Serdyuk
Geyim rəssamı : V. Qorlan
Qrim rəssamı : İ. Juravlyova
Quraşdırılmış səhnələrin operatoru : V. Simonenko
Quraşdırılmış səhnələrin rəssamı : M. Polunin
İşıq Ustası : M. Kaylik
Rejissor assistenti : A. Boldırevski, Y. Şturko
Rəssam assistenti : V. Rojkov
İnzibatçı : A. Jukov, L. Zalesova, L. Lutsenko
Dirijor : Fyodr Qluşşenko
Redaktor : M. Mednikova
Filmin direktoru : Pyotr Tarasov
Kadrarxası mətn : Şahmar Ələkbərov

Rollarda
Anar Tağızadə-Alik
Nikolay Volkov-Mühəndis
Elmira Şabanova-Alikin anası
Hacımurad Yegizarov-Alikin atası
Yelena Zerkal-Anya
Vladik Novikov-Styopa
Sergey Kovlenko(Seryoja Kovlenko kimi)-Gena
Dima Bukovçenko-Slavik
Qalina Dolqozvyaqa-Anya və Styopanın anası
Aleksandr Movçan-Sinkov
İosif Nayduk-Kovalçuk
Yuri Sarantsev-Kudryavıy
Vladimir Tatosov-Semyon
Valentin Qrudinin-Jora
T. Antonova
Boris Boldırevski
Aqafya Bolotova
Vladimir Volkov
V. Mişakov
R. Pirojenko
Q. Romanyuk

Filmi səsləndirənlər
Həsən Məmmədov-Mühəndis (Nikolay Volkov) (titrlərdə yoxdur)
Fəxrəddin Manafov-Semyon (Vladimir Tatosov) (titrlərdə yoxdur)
Hamlet Xanızadə-Rəis (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Milis işçisi (titrlərdə yoxdur)
Leyla Bədirbəyli-Alikin anası (Elmira Şabanova) (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Alikin atası (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)


Tarix: 14.02.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Filimler
loading...