beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi sözü (film, 1987)

Məzmun
Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.
Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir...

Film haqqında
Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
Film aktrisa Sənubər İsgəndərlinin kinoda ilk işidir.
Filmin çəkilişləri bir neçə yerdə aparılsa da, pavilyon çəkilişləri olmayıb.
Filmə 15 ay vaxt ayrılmasına baxmayaraq film 10 aya hazır oldu.
Filmin təsdiq etmə mərasimindən sonra rejissor Cahangir Mehdiyev məsləhətləşmək üçün Moskvaya, müəllimi Georgi Daneliyanın yanına üz tutur. Belə ki, Cahangir Mehdiyev "Mosfilm"də Musiqili Komediya Birliyinin bədii rəhbəri, kinorejissor Georgi Daneliyanın tələbəsi olub. Daneliya ssenari ilə tanış olur və ondan məmnun qalır. Lakin, söhbət idmançı Niyaz obrazının üzərinə gəldikdə, bu rola kimin çəkiləcəyi ilə maraqlanır və məsləhət görür ki, bu rola Cahangir Mehdiyev özü çəkilsin. Bu rol üçün Rəfael Dadaşov nəzərdə tutulsa da, onunla sınaq çəkilişləri aparılmamışdı.[1]

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : İsi Məlikzadə
Quruluşçu rejissor : Cahangir Mehdiyev
Quruluşçu operator : Eduard Qalakçiyev, Fikrət Əsgərov
Quruluşçu rəssam : Fikrət Əhədov
Bəstəkar : Vasif Adıgözəlov
Mahnıların Mətni : Ramiz Rövşən
Səs operatoru : Kamal Seyidov
Rejissor : Adil İsmayılov
Operator : Sərvər Rəşidoğlu
Montaj edənlər : Nataliya Albitskaya, Lyudmila Lotina
Quraşdırılmış səhnələrin operatoru : Rafiq Kərimov
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
İnzibatçılar : Həsən Tağıyev, İ. Həsənov
Redaktor : Svetlana İsmayılova
Çalır : Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Dövlət Estrada Simfonik Orkestri
Dirijor : Rafiq Babayev
Filmin direktoru : Tələt Rəhmanov
Mahnı ifa edən : Vasif Adıgözəlov (Nəbinin mahnısı)
İstifadə edilən mahnılar : "The Great Gig In The Sky", "On the Run" (Pink Floyd qrupu) (titrlərdə yoxdur)

Rollarda
Əjdər Həmidov-Qasım
Muxtar Avşarov-Ələmdar
Cəvahir Bayramova-Nübar
Tələt Rəhmanov-Bayandur
Əfrasiyab Məmmədov-Nəbi
Cahangir Mehdiyev-Niyaz
Sənubər İsgəndərli(Sənubər İsgəndərova kimi)-Solmaz
Leyla Bədirbəyli-Xavər
İradə Həsənova-Ağca
Lətifə Əliyeva-Qəndab
Kəmalə Hüseynova(Kəmalə Abdullayeva kimi)-Tovuz
Aydın Həmidov-Poçtalyon
Elnur Mehdiyev-Velosipedli oğlan
Balabəy Balabəyov-Arıq sürücü
Nazim Ağayev-Atayev
Nizami İsmayılov-Rejissor
Dilarə Hüseynova
Ə. Əhmədov
S. Nəbiyeva
Naibə Şirinova
Nuriyyə Əhmədova
N. Kazımov
Telli Hüseynova(T. Hüseynova kimi)
Rəhman Rəhmanov-Operator

Filmi səsləndirənlər
Eldəniz Rəsulov-Rejissor (Nizami İsmayılov)(titrlərdə yoxdur)
Mirvari Novruzova-Nübar (Cəvahir Bayramova)(titrlərdə yoxdur)
Məhbubə Məlikova-Ağca (İradə Həsənova)(titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 570 Bölmə: Filimler