beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həmyerli (film, 1989)

Məzmun
Böyük bir şəhərdə iki həmyerli təsadüfən rastlaşır. Onlardan biri kənddən çoxdan çıxmış və şəhərdə məskunlaşmışdır. Digəri isə şəhərə yenicə gəlmişdir...
Müəlliflər göstərirlər ki, xarakterlərin toqquşması və həyat şəraiti insan taleyini kəskin şəkildə dəyişə bilər. Bu dünyada öz yerini necə axtarıb tapmalı? Qəlbinin səsini necə eşitməli? Film tamaşaçını bu suallar ətrafında düşünməyə çağırır.
Kinolentdə namus və xeyirxahlıq, insanpərvərlik və halallıq, torpağa və doğma xalqa məhəbbət kimi hisslər tərənnüm olunur.

Film haqqında
Film Əkrəm Əylislinin "Ürək Yaman Şeydir" hekayəsinin motivləri əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Quruluşçu rejissor : Valeri Kərimov
Ssenari müəllifi : Əkrəm Əylisli
Quruluşçu operator : Yuri Varnovski
Quruluşçu rəssam : Fikrət Bağırov
Bəstəkar : Rauf Əliyev
Səs operatoru : Tatyana Kərimova
Quraşdırılmış Çəkilişlərin Operatoru : Ramiz Babayev
İkinci Rejissor : Yusif Əlizadə(Yusif Əliyev kimi)
Filmin direktoru : Nadir Əliyev

Rollarda
Tofiq Qarayev-Əjdər
Şahin Əliyev (II)-Samir
Səməd Heydərov-Teymur
Mayak Kərimov
Elxan Quliyev
Gündüz Abbasov
Kamil Məhərrəmov
İdris Rüstəmov
Dadaş Kazımov
M. Hacıyeva


Tarix: 14.02.2013 / 21:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 284 Bölmə: Filimler