beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hazır ol (film, 1939)

Məzmun
Təxribatçı sərhədi gizli yolla keçərkən onu tutub saxlamağa çalışan traktorçunu ağır yaralayır. Həyəcan siqnalı ilə ayağa qaldırılan sərhədçilər axtarışdan və təqiblərdən sonra sərhədi pozanları tuturlar. Yaralanmış traktorçunu isə Bakıya göndərirlər. Burada vaxtında görülən cərrahiyyə əməliyyatı və qan köçürülməsi nəticəsində onun həyatı xilas edilir. Dövlət sərhədinin pozulması ilə bağlı macəralı hadisələr fonunda qanköçürmənin müalicəvi üstünlükləri və donorluq təbliğ olunur.

Film haqqında
Film Azərbaycan Dövlət Qanköçürmə İnstitutunun sifarişi ilə çəkilmişdir.
Kinolent ölkəmizdə donorluğun əhəmiyyəti haqqında söhbət açır.
Filmdə görkəmli cərrah Fuad Əfəndiyev bu sahədəki elmi təcrübələrini nümayiş etdirir.
Kinolentin bir parçası Azərbaycan Dövlət Filmfondunda saxlanılır. Filmin tamamı saxlanılmayıb.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Quruluşçu rejissor : Mikayıl Mikayılov
Ssenari müəllifi : Mikayıl Mikayılov
Quruluşçu operator : Camal İsmixanov
Quruluşçu rəssam : Viktor Aden

Rollarda
Mirzə Mustafayev-Traktorçu
Y. Frik-Təxribatçı
Fuad Əfəndiyev-Cərrah
Aleksandr Popov-Sərhəd zastavasının rəisi
N. Kəsəmənski-Sərhədi pozan
Məmməd Babayev-Ordinator


Tarix: 14.02.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Filimler