beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gün keçdi (film, 1971)

Məzmun
Kino mütəxəssisləri bu lirik kinopovesti "iki aktyorla rejissor işi" adlandırıblar. Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur. Film qəhrəmanların və eləcə də Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan adama elə gəlir ki, Əsmər(Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir...
Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Keçmişlə gələcəyin, köhnə ilə yeninin müqayisəsi. Keçmiş və gələcək "məkan" arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayəti. Xüsusi çərçivələrlə verilən geniş "geridönüş" səhnələrindən ibarət olan bu müəllif filmi insanda bir nostalgiya duyğusu da oyadır
Film fəlsəfi sonluqla bitir: yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşamaq olmaz, hər adamın gələcəyi olmalıdır. Artıq Oqtaydan(Həsən Məmmədov) ayrılan Əsmərin qəlbində həyatını yenidən qurmaq, güzəştlərə getmək arzusu daha da möhkəm baş qaldırır. Ömrün günlərindən yalnız birini, bir qədər qeyri-adi, lakin digər günlərdən az fərqlənən günü göstərən filmin sonunda hər iki personaj – Oqtay və Əsmər ciddi düşünüb nəticə çıxarırlar.
Filmdə belə bir fəlsəfi məqam vurğulanır ki, ötən günü geri qaytarmaq mümkün deyil. Bu, Əsmərin bütün hərəkətlərində, film boyu davam edən xatirələrində ortaya qoyulur. Tamaşaçı filmə baxarkən nəsə gözlədiyi kimi, Əsmər özü də gözləyir. Ancaq filmin sonunda o, hiss edir ki, Oqtayla bir-birilərinə lazım deyillər. Təbii ki, keçmiş də keçmiş olaraq qalır.

Film haqqında
Film yazıçı Anarın "Gürcü Familiyası" hekayəsi əsasında ekranlaşdırılmışdır. Hekayə 1967-ci ilin yayında "Literaturnaya Qazeta"da çap olunmuşdu. Sonralar yazıçı bu hekayə əsasında "Gün Keçdi" ssenarisini yazdı.
Filmə 2-ci kateqoriya verilmişdir.
Çəkilişlər zamanı "Gün Keçdi"nin ssenarisi olduğu kimi lentə alınmadı. Belə ki, ssenarinin sonluğunu Həsən Məmmədov qəbul etmirdi və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalırlar. Həsən Məmmədovun dediklərindən: "Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Yəni, ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, mənim sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu…." ("Gün Keçdi: İki aktyorun filmi", Ekspress qəzeti, 17.07.2003, Ulduzə Qaraqızı).
Məhz "Gün Keçdi"də Arif Babayev kinomuzda kök salan "lentə alınmış teatr" estetikasına üsyan etdi. Filmdə aktyorlar, dekorlar deyil, audiovizuallıq prinsipi önə çıxdı..." (Aydın Dadaşov "Sənətdə keçən ömür", 525-ci qəzet, 24.09.2005, səh 30).

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Anar
Quruluşçu rejissor : Arif Babayev
Quruluşçu operator : Rasim İsmayılov
Quruluşçu rəssam : Elbəy Rzaquliyev
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Kamal Seyidov
Rejissor : Fikrət Əliyev
Redaktor : Ədhəm Qulubəyov
Mahnıların Mətni : Vaqif Səmədoğlu
Rejissor Asistenti : Akif Rüstəmov
Operator assistenti : Rafiq Kərimov, V. Romanov
Qrim rəssamı : V. Arapov
Montaj edən : A. Filimonova, A. Abramova
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Çalır : Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor : D. Ştilman
Filmin direktoru : Yusif Yusifzadə
Mahnı İfa edən : Flora Kərimova, Mirzə Babayev (titrlərdə yoxdur)

Rollarda

Leyla Şıxlinskaya- Əsmər
Həsən Məmmədov- Oqtay
Həsənağa Turabov- Oqtayın iş yoldaşı
Çingiz Əlioğlu-Camal
Muxtar Avşarov- Poçtalyon
Sədayə Mustafayeva-Əsmərin anası
Sona Aslanova
İ. Şakarova
S. Nağıyeva
S. Rüstəmova
T. Quliyev
S. Azriyel
D. Abdullayeva
Törəxanım Zeynalova- Qonşu qadın
"Qaya" vokal kvarteti

Filmi səsləndirənlər
Həsənağa Turabov-Oqtay (Həsən Məmmədov) (titrlərdə yoxdur)
Amaliya Pənahova-Əsmər (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur)
Ofeliya Sənani-Əsmər (gənc) (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur)
Süsən Məcidova-Nənə (Törəxanım Zeynalova) (titrlərdə yoxdur)
Ətayə Əliyeva-Əsmərin anası (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)


Tarix: 14.02.2013 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 595 Bölmə: Filimler